
Qohum evlilikləri qadağan olunarsa, zamanla qəbul ediləcək.
"Report" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin 7 saylı "ASAN xidmət" Mərkəzindəki Qeydiyyat şöbəsinin rəisi Rəşidə Manafova deyib.
Onun sözlərinə görə, qohum evliliklərinin qarşısını qeydiyyat şöbələrində almaq mümkün deyil: "Çünki dövlət qurumuna gələn şəxslər artıq qərar vermiş olurlar. Ona görə də məsələ qanunvericiliklə tənzimlənməlidir".
R.Manafova bildirib ki, əvvəllər cəmiyyətdə nikahdan öncə tibbi müayinədən keçmək məsələsi də etiraz doğurmuşdu: "Hazırda hər kəs normal şəkildə nikaha daxil olmazdan əvvəl tibbi müayinədən keçir. Qohum evlilikləri də qadağan olunarsa, ilk vaxtlarda fərqli yanaşma mümkündür, ancaq zamanla qəbul ediləcək".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.