25-03-2024, 06:48 468

Meksika mətbuatında Azərbaycanın əziyyət çəkdiyi mina problemindən bəhs edən məqalə dərc olunub

Meksikanın geniş oxuyucu kütləsinə malik “El Universal” qəzetində ölkənin aparıcı ali təhsil müəssəsisələrindən olan UNAM (Universidad Nacional Autónoma de México) Universitetinin professoru Talya İşcanın müəllifliyi ilə ölkəmizdə mövcud mina problemindən bəhs edən “Minalar, hələ də can alan bəla” (Minas terrestres: un flagelo que aún cobra vidas) başlıqlı geniş məqalə dərc olunub.

Bu barədə "AVESTA.AZ"a Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

Azərbaycan və onun reallıqları barədə bir çox məqalələrin müəllifi olan T. İşcan bu gün münaqişələrin təlatüm etdiyi dünyanın qaçqın böhranı, miqrasiya kimi müxtəlif təhlükəsizlik və humanitar məsələlərlə yanaşı mina məsələsi ilə də üzləşdiyini, bu xüsusda beynəlxalq statistikaya nəzər saldıqda, xüsusilə Qafqazda minalarla çirklənmə səviyyəsinin narahatedici olduğuna diqqət çəkib.

Məqaləsində ölkəmizin ərazilərinin erməni işğalından azad edilməsindən sonra bu problemin daha da aktuallaşdığını bildirən müəllif bu gün Azərbaycanın sözügedən ərazilərinin Ermənistan tərəfindən istər müharibədən öncə, istərsə də sonra basdırılmış çoxsaylı mina nəticəsində dünyanın ən çirklənmiş əraziləri sırasında olduğunu, ümumilikdə 1,5 milyondan çox mina və partlayıcı qurğunun olduğunu diqqətə çatdırıb.

Ermənistanın Azərbaycana təqdim etdiyi mina xəritələrinin yalnız 25%-inin dəqiq olduğunu, BMT-nin hesablamalarına görə, ərazinin minalardan təmizlənməsi prosesinə Azərbaycana 30 il və 25 milyard ABŞ dolları lazım olduğunu bildirib. Bu xüsusda, bu gün 30 il öncə ermənilər tərəfindən qovulan qaçqınların həmin torpaqlara qayıtması nöqteyi-nəzərindən minaların təmizlənməsi məsələsinin daha da aktuallaşdığını qeyd edib.

Məqalədə, həmçinin minatəmizləmə prosesinin Azərbaycan tərəfindən həyata keçirildiyi diqqətə çatdırılıb. Azərbaycan prezidentinə istinadən bu sahə üzrə müstəqil şirkət və agentliklərin qiymətlərinin çox yüksək olması ilə yanaşı, Qarabağ bölgəsinin dağlıq relyefinin də prosesi daha da çətinləşdirdiyi bildirilib.

Habelə, Vətən müharibəsindən bu günə kimi 400-ə yaxın azərbaycanlının mina qurbanına çevrildiyi oxuyucuların diqqətinə çatdırılıb.

Məqalədə müəllif Azərbaycanın Qarabağ bölgəsində məsələnin çoxölçülü olmasına, təhlükəsizliyə və insan həyatına təhlükə olmasına baxmayaraq problemə beynəlxalq ictimaiyyət tərəfindən istər texnoloji, istərsə də maliyyə aspektindən kifayət qədər sərmayə qoyulmadığının narahatverici fakt olduğuna diqqət çəkib. Bu xüsusda, bu gün dünyanın bir çox ölkələrinin minalardan əziyyət çəkdiyini, BMT tərəfindən maarifləndirmə, minalardan təmizləmə və qurbanlara yardım kimi dəstək gördüyünü xatırladan müəllif Azərbaycanın bu problemlə mübarizədə kifayət qədər hərtərəfli yardım almamasnın təəccüblü olduğunu diqqətə çatdırıb.

Sonda müəllif mina təhlükəsinə məruz qalan ölkələrə münasibətdə siyasi dəstək, təcrübə mübadiləsi, iqtisadi və maliyyə dəstəyi kimi təsirli və nəticəyönümlü tədbirlərin görülməsinin əhəmiyyətindən söz açaraq bu kimi tədbirlərin 30 illik münaqişədən sonra indi davamlı sülhə, eləcə də həmin regionun yenidən qurulmasına, canlanmasına və normal vəziyyətə qayıtmasına ümid verən Qarabağ kimi bölgələrdə xüsusilə vacib olduğunu vurğulayıb.

Paylaş

Xəbər lenti

Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib Bu gün, 21:48 Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzinə direktor təyin edilib Bu gün, 21:48 Argentina millisinin DÇ-dən kənarlaşdırılması üçün petisiya 10 milyon imza topladı Bu gün, 21:48 Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır Bu gün, 21:48 Ülvi Mehdiyev: "ASAN xidmət mərkəzlərinin sayı ölkə əhalisi üçün kifayətdir" Bu gün, 21:48 Ülvi Mehdiyevdən regionlarla bağlı vacib açıqlama: Hansı ərazilərdə "ASAN xidmət" açılacaq? Bu gün, 21:48 Səyyar "ASAN xidmət" avtobusları bölgələrdə necə fəaliyyət göstərir? Bu gün, 21:48 Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir Bu gün, 20:48 DİM magistratura səviyyəsi üzrə qabiliyyət imtahanları keçirir Bu gün, 20:48 Şuşa - media dialoqunun paytaxtı Bu gün, 20:48 Adil Kərimlinin Şuşada keçirəcəyi vətəndaş qəbulunun tarixi açıqlanıb Bu gün, 20:48 ABŞ-nin İrandakı hərbi əməliyyatının xərcləri 100 milyard dollara çata bilər Bu gün, 20:48 Mərdəkanda 22 yaşlı gənc dənizdə batıb Bu gün, 20:48 Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub Bu gün, 19:48 Rafiq Hüseynov: "Komandamız optimal hazırlıq səviyyəsindədir" Bu gün, 19:48 Cənubi Koreya prezidenti yeganə mənzilini satır Bu gün, 19:48 Ülvi Mehdiyevin Baku TV-yə müsahibəsi yayımlanacaq: Nələr müzakirə ediləcək? Bu gün, 19:48 ABŞ-nin sabiq lideri Co Bayden prezidentlik dövründən kitab yazıb Bu gün, 19:48 Samuxda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Hadisənin ilkin səbəbi bəlli oldu Bu gün, 19:48 CAR mediası Azərbaycanın üzləşdiyi mina problemindən yazıb Bu gün, 19:48 Samuxda halvadan zəhərlənənlərin vəziyyəti orta ağırdır - YENİLƏNİB Bu gün, 18:48 Onlayn alış-veriş zamanı saxta kosmetik məhsulları necə tanımaq olar? Bu gün, 18:48 Pirşağıda infrastruktur problemi: Nə işıqlandırma var, nə də normal yol - Bu gün, 18:48 Slovakiya Prezidenti "Sea Breeze"lə tanış olub Bu gün, 18:48 Qəbələ Beynəlxalq Hava Limanının regional aviasiya mərkəzinə çevrilməsi üçün danışıqlar aparılır Bu gün, 18:48 Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatıb Bu gün, 18:48 Nazir idarə rəisini təqaüdə göndərdi Bu gün, 18:48 "Azercell Cup – 2026" proqramlaşdırma müsabiqəsinin ikinci mərhələsi başa çatdı Bu gün, 17:48 Hikmət Hacıyev: Şuşa mədəniyyət və ilham şəhəridir Bu gün, 17:48 Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi mağazanı yandırdı Bu gün, 17:48 Dayılardan bacılarının qızını sevən yeniyetməyə AMANSIZ DAVRANIŞ Bu gün, 17:48 İctimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddəti artırılıb Bu gün, 17:48 Sabahdan Bakıda və rayonlarda külək güclənəcək Bu gün, 17:48 Rusiya XİN: Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək Bu gün, 17:48 Azərbaycan və Malayziya arasında vizasız rejim tətbiq oluna bilər Bu gün, 17:48 Ülvi Mehdiyev "Baku TV"nin suallarını cavablandırıb Bu gün, 17:48 "Islamabad Post": IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub Bu gün, 17:48 Şuşa Forumunda prezidentin verdiyi mesajların geosiyasi əhəmiyyəti nədir? - MÜZAKİRƏ Bu gün, 17:48 Xankəndidə tapdığı sursatı laqunda ilə evdə doğradı, partlayış baş verdi: Otaq yoldaşı öldü Bu gün, 17:48 Su fasilələri ən çox Argentinaya fayda verib Bu gün, 17:48 İntensiv yağış yağacaq, sel keçəcək - Əhaliyə XƏBƏRDARLIQ Bu gün, 16:48 Atropatena dövrünə aid "Seyidin yeri" adlı yaşayış məskəni aşkarlanıb Bu gün, 16:48 ABŞ-də yay rejiminin dəyişilməsi LƏĞV EDİLDİ Bu gün, 16:48 Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? Bu gün, 16:48 Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib Bu gün, 16:48 Azərbaycan I yarımildə 10 milyon tondan çox neft ixrac edib Bu gün, 16:48 Taxıl sahələrindən 2,6 milyon tondan çox məhsul yığılıb Bu gün, 16:48 Deniz Baykalın həyat yoldaşı Olcay Baykal vəfat edib Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR