
ABŞ Prezidenti Cozef Bayden Misir və Qətər səlahiyyətlilərinə məktub göndərərək, gələn həftə danışıqların yeni raundu başlamazdan əvvəl HƏMAS-ın girovların azad olunmasına dair razılaşmaya əməl edəcəkləri vədlərini təminatını xahiş edib.
"AVESTA.AZ"un məlumatına görə, bu barədə NBC televiziyası Cozef Bayden administrasiyasındakı mənbələrə istinadən xəbər yayıb.
Bayden Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Taniyə məktub yazıb.
Mənbələrə görə, HƏMAS Qəzzada saxladığı girovları azad etsə, İsrail anklavda atəşi dayandırmağa razı olacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.