
ABŞ-nin Miçiqan ştatının Oklend dairəsinin hakimi 2021-ci ildə Oksford məktəbində silahlı hücum törətmiş 17 yaşlı İtan Kramblinin valideynləri Ceyms və Cennifer Kramblini həbs cəzasına məhkum edib.
“Report” ə istinadən xəbər verir ki, Krambli ailəsi ABŞ tarixində məktəb zarafatına görə məhkum olunan ilk valideyn olub.
Ceyms və Cennifer Krambli 10-15 il müddətinə azadlıqdan məhrum edilib. Onlar oğluna silah əldə etmək imkanı vermək və onun psixi sağlamlığına etinasızlıq göstərməklə ehtiyatsızlıqdan adam öldürməkdə təqsirli biliniblər.
Kramblilər 2021-ci ilin dekabrında, oğlunun məktəbə atəş açmasından, dörd nəfərin ölümündən və yeddi nəfərin yaralanmasından üç gün sonra həbs olunub. İtan Krambli hadisə yerində saxlanılıb. 2023-cü ildə o, ömürlük həbs cəzasına məhkum edilib. Krambli günahını tam etiraf edib.
Ceyms və Cennifer Kramblinin işlərinə baxış ayrı-ayrılıqda keçirilsə də, onlara hökm birgə oxunub. İclasda onlar hücumda həlak olanların ailələrindən bağışlanmalarını istəyiblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.