25-04-2024, 18:49 477

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Aprelin 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstan Respublikasının müdafiə nazirinin birinci müavini – Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Sultan Kamaletdinovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə "AVESTA.AZ"a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qazaxıstan nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdiriblər.

Sonra Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib. Fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib, protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Qonaqları salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Nazir Qazaxıstanla dostluq və qardaşlıq münasibətləri üzərində qurulan hərbi əməkdaşlığın xüsusi əhəmiyyətə malik olduğunu və bu əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.

Qazaxıstanlı nümayəndələr Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzda aparılan islahatlar barədə məlumatlandırılıb.

General-polkovnik S.Kamaletdinov isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsində bu cür görüşlərin vacibliyini xüsusi vurğulayıb.

Görüşdə, eyni zamanda Azərbaycanla Qazaxıstan arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Qazaxıstan nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, birgə təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Qazaxıstan nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qazaxıstan Respublikasındakı hərbi attaşesi polkovnik Zaur Kərimova "Beynəlxalq əməkdaşlığın inkişafında xidmətlərinə görə" medalını təqdim edib.

Paylaş

Xəbər lenti

Manatın taleyi necə olacaq? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI Bu gün, 20:48 Güclü AQEM və Orta Dəhliz: Bakı sammiti qlobal təhlükəsizliyə nələr vəd edir? Bu gün, 20:48 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb Bu gün, 20:48 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir Bu gün, 20:48 Ramiz Mehdiyevin təltifləri əlindən alına bilər Bu gün, 20:48 Sumqayıt sakinilərini SEVİNDİRƏCƏK XƏBƏR Bu gün, 19:48 AMB 2026-2027-ci illər üçün inflyasiya proqnozunu açıqlayıb Bu gün, 19:48 İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib Bu gün, 19:48 Taleh Kazımov: "Pul siyasəti iqtisadiyyatın şaxələndirilməsini təkbaşına təmin edə bilməz" Bu gün, 19:48 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi Bu gün, 19:48 Seymur Nəcəfova yüksək vəzifə verildi Bu gün, 19:48 Pezeşkian Paşinyanla Azərbaycan dilində salamlaşdı Bu gün, 18:48 Kirayəçi və ev sahibi arasında qalmaqal: "Beş qadın hücum çəkdi" Bu gün, 18:48 Bakı-Astara qatarı nə vaxt İŞLƏYƏCƏK? - RƏSMİ CAVAB Bu gün, 18:48 Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib Bu gün, 18:48 Neft-qazın bahalaşmasının Azərbaycanın CƏB üzrə profisitinə təsiri açıqlanıb Bu gün, 18:48 Sabah Bakıda bu yoldan keçməyin Bu gün, 18:48 Bağçada dəhşət: "Məndən 5 min manat tələb etdi" Bu gün, 17:48 Deputatdan hərbi canilərlə bağlı çağırış: Effektiv mexanizmlər yaradılması təklifi Bu gün, 17:48 Xocavənddə ilk tibbi müayinə köşkü quraşdırılıb Bu gün, 17:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı Bu gün, 17:48 İnşaatçılar prospektində piyada keçidi "təhlükə ünvanı"na çevrilib? Bu gün, 17:48 Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə başlayıb Bu gün, 17:48 Minatəmizləyənlərin yaxınlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri azaldılıb Bu gün, 17:48 Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb Bu gün, 17:48 Əlilliyi olan şəxslər, şəhid ailələrinin mənzil və reabilitasiya xidməti ilə təmini üçün vəsaitin ayrılma müddəti uzadılıb Bu gün, 17:48 Dövlət Müəssisələri üzrə Qlobal Konfrans gələn il Bakıda keçiriləcək Bu gün, 17:48 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı Bu gün, 17:48 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda Bu gün, 16:48 Şavkat Mirziyoyev: "SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır" Bu gün, 16:48 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi Bu gün, 16:48 Heydər Əliyev Beynəlxalq Aeroportu uçuş cədvəlini dəyişir Bu gün, 16:48 Qəbir daşlarında texnoloji yenilik - İslam nə deyir? Bu gün, 16:48 Cəbrayılda ADSEA-nın tabeli qurumunun yeni inzibati binasının açılışı olub Bu gün, 16:48 FIFA Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatının rəsmi brendini təqdim edib Bu gün, 16:48 UFC-dən gözlənilməz qərar: Məğlubiyyətsiz döyüşçü niyə qovulub? Bu gün, 16:48 Ramiz Mehdiyev daha bir vəzifəsini itirdi Bu gün, 16:48 "Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi Bu gün, 15:49 Şimali Kiprdə gəmi qəzasına görə saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti növbəti dəfə uzadılıb Bu gün, 15:48 Əli Həsənova yeni vəzifə verilir Bu gün, 15:48 Nevroloq Parkinson xəstəliyinin ilkin əlamətlərini açıqladı Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə ayaqqabının içərisində narkotik keçirilməsinin qarşısı alınıb Bu gün, 15:48 Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi Bu gün, 15:48 Naxçıvana qatarla getmək istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR Bu gün, 15:48 Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edib Bu gün, 15:48 OpenAI-nin süni intellekt agenti başqasının kriptovalyuta cüzdanından vəsait xərcləyib Bu gün, 15:48 Təcili tibbi yardım xidmətində müasir rəqəmsal texnologiyaların tətbiqinə başlanılır Bu gün, 14:48 "20 Yanvar" və "Şamaxinka" ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR