26-04-2024, 20:22 504

Azərbaycanın COP29-a ev sahibliyi etməsi nüfuzlu beyin mərkəzləri tərəfindən dəstəklənir - RƏY

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi nüfuzlu beyin mərkəzləri tərəfindən də dəstəklənir. ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” konfransında aparılan müzakirələr, nüfuzlu beyin mərkəzlərinin nümayəndələrinin dövlət başçımıza ünvanladığı suallar bunu bir daha təsdiqlədi.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, bu nüfuzlu tədbirə ev sahibliyi etməyin strateji kommunikasiya planı xüsusi maraqla qarşılandı. Belə ki, düşünülmüş siyasət, düzgün taktika və siyasət, diplomatiyanın bir sıra digər aspektləri burada vacib rol oynayır.

"Əsas məqsəd iqlim dəyişikliyi ilə mübarizə baxımından COP29-un uğurlu olmasına nail olmaqdır. Dövlət başçımızın da söylədiyi kimi, bu, bizim üçün fürsətidir. Çünki bizim dünyaya deyəcək sözümüz çoxdur. Təbii ki, ev sahibliyi etməyin əsas üstünlüklərindən biri onminlərlə qonağın ölkəmizə gəlməsi olacaq. Azərbaycan COP29-u həm də sülh prosesinin nəticəsi hesab edir. Ev sahibi kimi COP-un gündəliyinə bəzi əlavələr edə bilərik. Prezident İlham Əliyev bəyan etdi ki, belə məsələlərdən biri sülh olacaq. Birincisi, ona görə ki, biz məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandıq. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və biz də qarşılıqlı addımlar atdıq. Rəsmi Bakı bu kontekstdə etimadın yaranmasını xüsusi qiymətləndirir. “Bu hal isə bizim heç də hər dəfə hər müstəvidə bir-birimizə qarşı addım atmalı olmadığımızı nümayiş etdirir. İlk dəfə idi ki, biz beynəlxalq arenada bir-birimizə qarşı addım atmaq məcburiyyətində qalmadıq. Yəni, biz qarşılıqlı dəstək verməsək də, bitərəf qaldıq və bunun özü də bir nailiyyət idi”, deyə ölkə başçımız bildirdi", - deputat qeyd edib.

O əlavə edib ki, bu mənada, COP29-un Azərbaycanda keçirilməsi münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir: "COP 29 Cənubi Qafqazın 3 ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol aça bilər. Azərbaycan qlobal miqyasda hadisələrin sürətlə inkişaf etdiyi bölgə olan Cənubi Qafqazda hadisələrin düzgün məcraya yönəldilməsi üçün proaktiv olmağın tərəfdarıdır. Beynəlxalq konfransda dövlət başçımız COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlməyin tam real göründüyünü bəyan etdi. Bu yanaşma rəsmi Bakının sülhə tam hazır olduğunu bir daha təsdiqləyir. COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələr üçün fürsət yaradacaq və gələcək əməkdaşlığa yol açacaq. Təbii ki, bu, həm də regionda, Qafqazda, Xəzər hövzəsində, Mərkəzi Asiya regionunda diqqət mərkəzində olmaq üçün bir fürsətdir.

Azərbaycanın əsas üstünlüklərindən biri COP29 bizə həvalə edilməmişdən əvvəl ekoloji problemlərlə ciddi məşğul olması, iqlim dəyişikliyinin mənfi fəsadlarını azaltmaq istiqamətində çalışmasıdır. Belə ki, əvvəlki illərlə müqayisədə Bakıda yaşıl ərazilərin coğrafiyası genişlənib. Eyni zamanda, Qarabağda və Şərqi Zəngəzurda su resursları üzərində fəal iş aparılır. Konfransın Laçında işini davam etdirməsi buradakı reallıqları beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından xüsusi əhəmiyyət kəsb edir".

Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycan COP29-un ev sahibi kimi iqlim problemlərinə mənfi təsirlərin açıq şəkildə müzakirəsinin tərəfdarıdır: "Həmçinin, ölkəmiz neft və qazla zəngin olan ölkələr üçün məsuliyyət platforması yaratmağa çalışır. Dövlət başçımızın da bəyan etdiyi kimi, Azərbaycan COP29 üçün bir yenilik olan üçlük mexanizmini yaradıb. Belə ki, COP28-i keçirmiş Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və COP30-u keçirəcək Braziliya ilə birlikdə bu formata malik olmaq Azərbaycanın təşəbbüsü idi. Bu mexanizm bizə planlaşdırmaya kömək edəcək.
Yəni Azərbaycan COP29-a sədrliyə, ilk növbədə, beynəlxalq arenada ən təxirəsalınmaz məsələnin praktiki həllinə töhfə vermək imkanı kimi baxır. Beynəlxalq forumda əsas diqqət yetirilən məsələlərdən biri də Azərbaycanın qlobal enerji səhnəsində ən böyük tərəflərdən biri olması və yeni rol aldığı ekoloji səhnədə əsas oyunçulardan birinə çevrilməsi oldu. Dünyanın nüfuzlu beyin mərkəzlərinin nümayəndələri də bu qənaətdədir ki, Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq".

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR