9-09-2022, 02:00 757

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib. 

"Report"un Almaniyaya ezam olunmuş əməkdaşının məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda "Frayburq"un qonağı olub. 

"Europa-Park" stadionundakı qarşılaşma meydan sahiblərinin 2:1. hesablı qələbəsi ilə bitib. Görüşə Bundesliqa təmsilçisi daha üstün başlayıb. 2-ci dəqiqədə Ritsu Doanın fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev imkan verməyib.

Daha sonra Toral Bayramov 5-ci dəqiqədə cərimə meydançasında Mattias Ginterə qarşı kobud oynayıb. Belçikalı baş hakim Erik Lambrexts VAR-a baxdıqdan sonra penalti təyin edib. Vinçentso Qrifo 7-ci dəqiqədə "Frayburq"u hesabda önə keçirib. 15-ci dəqiqədə Ritsu Doan hesab arasındakı fərqi iki topa çatdırmaqla "köhlən atlar"ı növbəti dəfə mərkəzə dəvət edib.

Start həyəcanını boğa bilməyən "köhlən atlar" buraxılan 2-ci qoldan sonra tədricən özünə gəlməyə başlayıb. Hissənin ortalarına doğru təşəbbüsü ələ alan Azərbaycan çempionu bunun məntiqi nəticəsi kimi 22-ci dəqiqədə Qara Qarayev, 33-cü dəqiqədə isə Abdullah Zubirlə rəqibə təhlükəli anlar yaşadıb. Lakin hər iki oyunçunun zərbəsi hədəfdən yayınıb. "Qarabağ" 39-cu dəqiqədə Marko Veşoviçin qolu ilə hesab arasındakı fərqi azaldıb. Almaniya klubu fasiləyə 2:1 hesablı üstünlüklə yollanıb. 

Ağdam təmsilçisi ikinci hissəni isə demək olar ki, hücumda keçirib. 53-cü dəqiqədə Kadi Borgesin zərbəsi təhlükəli alınsa da, qapıçı Mark Flekken topun çərçivədən keçməsinə imkan verməyib. Bir saatın tamamına kimi hər iki komanda hücumlar etsə də, hesab dəyişməz qalıb. 70-ci dəqiqədə Kadi Borges növbəti dəfə Flekken səddini keçə bilməyib. 76-cı dəqiqədə Qara Qarayevin yerinə Riçard Almeyda, Ramil Şeydayevin yerinə isə Julio Roman meydana daxil olub. 80-ci dəqiqədə Abdullah Zubirin başla zərbəsindən sonra qapıçı topu tutub. Ardınca Zubir cərimə meydançasında yerdə qaldıqdan sonra VAR-a müraciət olunsa da, matçın belçikalı baş hakimi Erik Lambrexts "Qarabağ"ın aşkar penltisini təyin etməyib. 3 dəqiqə sonra Leandro Andrade Marko Yankoviçi əvəzləyib. Bütün cəhdlərə baxmayaraq Azərbaycan çempionu bərabərlik qolunu vura bilməyib. 

G qrupunun digər matçında Yunanıstan "Olimpiakos"u Fransada "Nant"a 1:2 hesabı ilə uduzub. "Qarabağ" sentyabrın 15-də II turda "Nant"ı qəbul edəcək, "Frayburq" isə "Olimpiakos"un qonağı olacaq. 

00:06

Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda ikinci hissə başlayıb. 

"Report"un Frayburqa ezam olunmuş əməkdaşının məlumatına görə, meydan sahibləri 2:1 hesabı ilə öndədir. 

23:49

Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda ilk hissə başa çatıb. 

"Report"un Frayburqa ezam olunmuş əməkdaşının məlumatına görə, meydan sahibləri fasiləyə 2:1 hesablı üstünlüklə yollanıblar. 

Bundesliqa təmsilçisinin heyətində 7-ci dəqiqədə Vinçentso Qrifo penaltini dəqiq yerinə yetirib. 15-ci dəqiqədə Ritsu Doan fərqi iki topa çatdırıb. 39-cu dəqiqədə isə "köhlən atlar"ın heyətində Marko Veşoviç fərqi azaltmağa müvəffəq olub. 

23:41

Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda növbəti qol vurulub. 

"Report"un Frayburqa ezam olunmuş əməkdaşının məlumatına görə, "köhlən atlar"ın heyətində Marko Veşoviç 39-cu dəqiqədə fərqi 1 topa endirib. 

Meydan sahibləri hazırda 2:1 hesabı ilə öndədir. 

23:15

Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda növbəti qol vurulub.

"Report"un Frayburqa ezam olunmuş əməkdaşının məlumatına görə, meydan sahiblərinin heyətində Ritsu Doan 15-ci dəqiqədə hesab arasındakı fərqi iki topa çatdırıb.

23:08

Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda hesab açılıb.

"Report"un Frayburqa ezam olunmuş əməkdaşının məlumatına görə, Toral Bayramov 5-ci dəqiqədə cərimə meydançasında Mattias Ginterə qarşı kobud oynayıb.

Baş hakim VAR-a baxdıqdan sonra penalti təyin edib. Vinçentso Qrifo 7-ci dəqiqədə meydan sahiblərini hesabda önə keçirib.

23:00

Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunu start götürüb.

"Report"un Frayburqa ezam olunmuş əməkdaşının məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Görüşü belçikalı Erik Lambrextsin başçılıq erdiyi hakimlər briqadası idarə edir.

G qrupunun digər oyununda "Nant" Fransada Yunanıstan "Olimpiakos"u ilə üz-üzə gəlir.

Paylaş

Xəbər lenti

4 yaşlı qızını itirən Türkiyə gözəli: "Mümkün olsaydı, ürəyimi ona verərdim" Bu gün, 17:49 Qaxda məktəbdə şagird sinif yoldaşına xəsarət yetirib Bu gün, 17:49 Nəriman Nərimanovun Şəkiyə gəldiyi fayton - MÜZEYDƏ SƏRGİLƏNİR Bu gün, 17:48 Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq Bu gün, 17:48 Kriştiano Ronaldo "Əl-Nəsr" klubunun ortağı ola bilər Bu gün, 17:48 "Qarabağ" və "Neftçi" Azərbaycan derbisində yaşananlara görə cərimələnib Bu gün, 17:48 MKA: Dövlət rəsmilərinin yaxınlarına qarşı kütləvi kiberdələduzluq cəhdləri müşahidə olunur Bu gün, 17:48 Türkiyədə seldən ölənlərin sayı 10-a çatdı Bu gün, 17:48 Azərbaycanda polkovnik-leytenant və mayor məhkəmə zalında həbs edildilər Bu gün, 16:48 "Şahinlərin Görüşü-2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib Bu gün, 16:48 General Zeynalovla kapitanın "şabalıd davası" bitdi - 10 ildən çox… Bu gün, 16:48 Azad edilmiş ərazilərdə Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM Bu gün, 16:48 Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib - SƏRƏNCAM Bu gün, 16:48 Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib Bu gün, 16:48 Bakıda bu spirtli içkinin saxtası hazırlanırmış... Bu gün, 16:48 Sahibə Qafarova TÜRKPA-nı gənclər siyasətini gücləndirməyə çağırıb Bu gün, 16:48 Roza Zərgərli bu qonşu ölkənin üç şəhərində konsert verdi Bu gün, 16:48 Rusiyalı müğənnidə bədxassəli şiş aşkarlandı Bu gün, 16:48 She"s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı Bu gün, 16:48 "Leonardo Art School" və "MiniBoss Business School" birgə təhsil proqramı elan etdi Bu gün, 15:48 Bu tarixdən leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ Bu gün, 15:48 Lüks brend mağazalarını talan edib, küçələrdə satırlar Bu gün, 15:48 Azərbaycandan neft məhsullarının ixracı 1,5 dəfə artıb Bu gün, 15:48 Şəkinin məşhur piti qabları: qədim sənəti yaşadan usta turistlərə dərs keçir Bu gün, 15:48 Rəvan Qarayevin həkim həyat yoldaşı: "Xasiyyətimiz uyğun olmasaydı…" Bu gün, 15:48 İribuynuzlu heyvanı Latviyadan 11 min, Gürcüstandan 531 manata almışıq Bu gün, 15:48 Qaxda şagird məktəbdə yıxılaraq xəsarət alıb Bu gün, 15:48 Bu ölkədə komendant saatı tətbiq edildi Bu gün, 14:48 Şəki Xan sarayını bu ilin 9 ayında 178 min turist ziyarət edib Bu gün, 14:48 Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub Bu gün, 14:48 Eldar Əzizov müşavirə keçirdi: Paytaxtın kommunal xidmətlərinə TAPŞIRIQ VERDİ Bu gün, 14:48 Ceyranbatanda ana və övladını maşın vurub Bu gün, 14:48 Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi bəlli oldu Bu gün, 14:48 Bakıda yeni mikrorayon salına bilər: Necə adlanacaq? Bu gün, 14:48 Qırğızıstan Prezidenti Sahibə Qafarovanı qəbul edib Bu gün, 14:48 Yeni prokuror tanınmış hakimin oğludur Bu gün, 14:48 Yaltada bu səbəbdən fövqəladə vəziyyət elan edildi Bu gün, 14:48 Navai Qazaxıstandan deportasiya edildi: narkotik işi bağlandı Bu gün, 13:48 ARDNF-in investisiya portfelində dolların payı 71 %-ə çatıb Bu gün, 13:48 Kamran Əliyevdən yeni təyinatlar Bu gün, 13:48 Yunanıstanlı turist Şəkidə gördüklərindən danışdı: "Bizi heyran etdi" Bu gün, 13:48 Şəbnəm Tovuzlunun qızı Amerikada universitetə qəbul oldu Bu gün, 13:48 Yeqor Krid Bakıda klip çəkdirdi Bu gün, 13:48 Burak Özçivit Rusiyada fanat izdihamı ilə qarşılaşdı Bu gün, 13:48 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi? Bu gün, 13:48 Əbdül Xalid: "Geyiminə görə toydan qovulan qadın müğənnilər görmüşəm" Bu gün, 13:48 Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" şadlıq sarayı ilə bağlı QƏRAR VERİLDİ Bu gün, 12:48 Ötən il Azərbaycanda 3 minə yaxın şəxsə süd vəzi xərçəngi diaqnozu qoyulub Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR