10-05-2024, 21:48 600

DİM aprelin 14-də keçirilən imtahanların nəticələrini elan edib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 14 aprel 2024-cü il tarixində keçirilən imtahanların nəticələri elan edilib.

"Report" DİM-ə istinadən xəbər verir ki, nəticələri elan olunan imtahanlar aşağıdakılardır:

    1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

    2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

    3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

    4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

    5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

    6. Buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı.

    1, 2 və 3-cü kateqoriyaya aid olan abituriyentlər imtahan nəticələrini verilən keçiddən https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=93 öyrənə bilərlər.

    4, 5, 6-cı kateqoriyaya aid olan şəxslər isə imtahana nəticələrini öyrənmək üçün bu keçiddən https://eservices.dim.gov.az/2023/netorta/?frm=egov istifadə etməlidirlər.

    Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    Bu imtahanlarında iştirakı nəzərdə tutulan 34481 nəfərdən 2758 nəfər imtahana gəlməyib. 12 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

    İmtahanda ən yüksək nəticəni 296,9 bal toplayan Laçın rayonu, Alxaslı kənd orta məktəbin 2022-ci il məzunu göstərib. Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.

    İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 14 may saat 10:00-dan 16 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır.

    Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

    • Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

    • İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir

    • İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

    Bundan sonra şagirdlər (abituriyentlər) apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

    Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

    Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər (abituriyentlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin tapşırıqların şərti və izahlarla (https://eservices.dim.gov.az/ejurnal/) tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

    Paylaş

    Xəbər lenti

    Babək rayonunda iki avtomobil toqquşub, xəsarət alanlar var Bu gün, 22:48 Sandra Audirk ABŞ-nin Ukrayna üzrə müvəqqəti işlər vəkili təyin edilib Bu gün, 22:48 Çinin Çuntsin şəhərində dağ uçqunu nəticəsində 8 nəfər ölüb Bu gün, 22:48 "Sumqayıt" Abdul Raşid Mumini ilə müqaviləyə xitam verdi Bu gün, 22:48 Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb, ticarət və investisiya təşəbbüsləri barədə danışıb Bu gün, 21:49 Bakıda zəncirvari qəza Bu gün, 21:49 Apple yenidən dünyanın ən bahalı şirkətləri siyahısına başçılıq edib Bu gün, 21:48 Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib Bu gün, 21:48 "Şəfa" - "İmişli" oyununda qalib müəyyənləşməyib Bu gün, 21:48 Apellyasiya məhkəməsində Ermənistan vətəndaşlarının şikayətləri üzrə təqsirləndirilən şəxslərin çıxışları başa çatıb Bu gün, 21:48 SAXAL HƏMAS-ın yüksəkrütbəli rəsmisini məhv edib Bu gün, 20:48 Azərbaycanla Özbəkistan birgə geoloji kəşfiyyat işləri aparacaqlar Bu gün, 20:48 "Evdə tək 2" filminin aktrisası vəfat edib Bu gün, 20:48 Meksikada 7,3 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi elan edilib Bu gün, 20:48 690 bal toplayan Zamin Kərimov: " Çox çalışmışam, telefondan da uzaq qalmamışam" Bu gün, 19:48 Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib Bu gün, 19:48 Tramp İranda yeni hədəf göstərdi Bu gün, 19:48 Hukstra: Aİ emissiya bazarını investisiya mənbəyinə çevirmək niyyətindədir Bu gün, 19:48 Almaniya Silahlı Qüvvələri növbəti il Fransanın nüvə çəkindirməsi üzrə təlimlərində iştirak edəcək Bu gün, 19:48 Qarabağda torpaq icarəsi üzrə III investisiya müsabiqəsinin qalibləri müəyyən edilib Bu gün, 19:48 Azərbaycana müxtəlif qoruyucu burunaltılıların idxalına dair qərarın müddəti uzadılıb Bu gün, 18:48 Dini mövzuların mediada təqdimatı ilə bağlı konfransın iştirakçıları Qubadakı ibadətgahlarda olublar Bu gün, 18:48 "Fənərbağça" yeni transferlərini təqdim etdi Bu gün, 18:48 Paytaxtda sərnişinlər kondisionerli dayanacaqdan istifadə edə bilmirlər Bu gün, 18:48 Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək Bu gün, 18:48 Saray sakinləri köhnə avtobuslardan şikayətlənirlər: AYNA-dan AÇIQLAMA Bu gün, 18:48 Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib Bu gün, 18:48 Hərbi Prokurorluq: Qeydə alınmış cinayətlər ötən ilin birinci yarımili ilə müqayisədə 0,9 % azalıb Bu gün, 18:48 II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticəsi elan edilib Bu gün, 17:50 Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini bərpa edir Bu gün, 17:49 II və III ixtisas qrupları üzrə iyulun 5-də keçirilən qəbul imtahanında dörd nəfər 400 bal toplayıb Bu gün, 17:49 Zeynəbin axtarışları nəticə vermir - "Qayalıqlar və balıqçı torları işi çətinləşdirir" Bu gün, 17:49 Bəzi məhsullar gömrük rüsumlarından azad olunur - FƏRMAN Bu gün, 17:49 Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır Bu gün, 17:49 ƏƏSMN-in təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub Bu gün, 17:48 Françesko Totti DÇ-2026-da onu ən məyus edən komandaların adını açıqlayıb Bu gün, 17:48 VI Yüksəliş müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib Bu gün, 17:48 Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə modelinin tətbiqi qaydası təsdiqlənib Bu gün, 17:48 Sükan arxasında yuxulayan sürücü və həyat yoldaşı ÖLDÜ Bu gün, 16:48 Ceyhun Bayramov: Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb Bu gün, 16:48 Türkiyədə torpağın altında 22 ton qiymətli trüfel göbələyi aşkarlanıb Bu gün, 16:48 Metroda 6 müasir ventilyator quraşdırılıb Bu gün, 16:48 Premyer Liqanın yeni mövsümündə ilk böyük oyunların turları məlum olub Bu gün, 16:48 Ceyhun Bayramov İrəvanla münasibətlərin normallaşdırılmasında Bakının mövqeyi barədə danışıb Bu gün, 16:48 DÇ-2026-da tətbiq edilən VAR qaydalarından Azərbaycan Premyer Liqasında da istifadə olunacaq Bu gün, 16:48 Bayramov: Azərbaycan Rusiya-Ukrayna münaqişənin sülh yolu ilə nizamlanmasına çağırır Bu gün, 16:48 Sürücülər arasında mübahisə yaradan dayanacaq: Cəlil Məmmədquluzadə küçəsindəki vəziyyət Bu gün, 16:48 "BİMLAND" Uşaq Əyləncə Mərkəzi fəaliyyətə başlayıb Bu gün, 16:48

    Bu xəbərlərİ də oxuyun

    EKSKLÜZİV XƏBƏRLƏR