
Şəkidə ağır yol qəzası baş verib, xəsarət alanlar var.
"AVESTA.AZ"un Şimal-qərb bürosunun məlumatına görə, qəza İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun Şəki rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan iki minik avtomobili toqquşub, nəticədə dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.