
Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov (82 kq) Bakıda keçirilən U-23 Avropa çempionatının qızıl medalını qazanıb.
"AVESTA.AZ" xəbər verir ki, idmançımız finalda İslam Əliyevə (AİN) qalib gəlib.
Qeyd edək ki, bu gün digər təmsilçilərimiz Nihad Quluzadə (72) gümüş Ruslan Nurullayev (72 kq) isə bürünc medal qazanıb.
Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev (72 kq) Bakıda keçirilən U-23 Avropa çempionatının bürünc medalını qazanıb.
"AVESTA.AZ" xəbər verir ki, idmançımız bürünc medal uğrunda görüşdə Bolqarıstan təmsilçisi Petar Qornyaşkiyə qalib gəlib.
Qeyd edək ki, bu gün digər təmsilçimiz Nihad Quluzadə (60) gümüş medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə (60 kq) Bakıda keçirilən U-23 Avropa çempionatının gümüş medalını qazanıb.
"AVESTA.AZ" xəbər verir ki, idmançımız finalda türkiyəli Mert İlbars ilə üz-üzə gəlib və rəqibinə məğlub olub.
Qeyd edək ki, əvvəlki iki günün nəticələrinə əsasən, Azərbaycan millisinin hesabında 4 mükafat var. Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıbsa, Rəşad Məmmədov (55 kq) və Laçın Vəliyev (87 kq) bürünc medal qazanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.