
"Bu məsələyə qayıtmayacağam. Sadəcə, onu deyə bilərəm ki, kimliyindən asılı olmayaraq, nizam-intizam ilk növbədədir".
"Report"un Qərb bürosunun məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Rauf Əliyevin əvəzedici komandaya göndərilməsinin səbəbi barədə danışarkən deyib.
51 yaşlı mütəxəssis bildirib ki, heç kimi komandadan qovası deyil: "Amma bura gəldiyim ilk gündən futbolçulara tapşırmışam ki, nizam-intizamı pozan, komanda yoldaşına, rəhbərliyə və rəqibə hörmətsizlik edən oyunçu burada ola bilməz".
Qeyd edək ki, Rauf Əliyevin "Kəpəz"dən ayrılacağı gözlənilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.