
"Kəpəz"in futbolçusu Əfran İsmayılov bu gün səfərdə "Turan Tovuz"a qarşı Azərbaycan Premyer Liqasının VI tur oyununu buraxacaq.
"Report"un məlumatına görə, buna səbəb 34 yaşlı yarımmüdafiəçinin 3 gün öncə məşqdə zədələnməsidir. Topuq nahiyyəsindən xəsarət alan təcrübəli oyunçunun bir müddət komandadan ayrı qalacağı gözlənilir.
Amma hazırda yarımmüdafiəçinin, ümumiyyətlə, Gəncə təmsilçisindən ayrılması gündəmdədir. Yeni baş məşqçi Tərlan Əhmədov intizamsız davranışına görə əvəzedici komandaya göndərdiyi Rauf Əliyevdən sonra İsmayılovun da xidmətində maraqlı deyil.
Qeyd edək ki, Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 16:30-da başlayacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.