28-05-2024, 13:23 578

Azərbaycan, Gürcüstan və Ermənistanın müstəqilliyinin elan edildiyi bina - iki əsrlik tikili 4 ildir təmirə bağlanıb

Tbilisinin mərkəzi küçəsində - Rustaveli prospekti 6 ünvanında yerləşən ağ divarlı bina iki yüz illik tarixə şahid olub. O vaxt Qafqaz Canişinliyinin binası adlandırılan bu tikilidə Azərbaycan, Gürcüstan və Ermənistanın dövlət müstəqilliyi elan edilib.

1918-ci il mayın ayının 26-da Cənubi Qafqaz Seyminin sonuncu iclasında Gürcü Milli Şurası Gürcüstanın müstəqilliyini elan edib. Seymin Azərbaycan nümayəndəliyi isə mayın 27-də fövqəladə iclas keçirərək müvəqqəti Milli Şura elan edib və M.Ə.Rəsulzadə Milli Şuranın sədri təyin edilib. Bir gün sonra, mayın 28-də isə Milli Şuranın 26 nəfərlik ilk iclasında 24 səslə Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edilib.

Yeni yaranmış hökumət və Milli Şura iyunun 16-dək, yəni Gəncəyə köçürülənədək Tbilisidə bu binada fəaliyyət göstərib. Binada o dövrün bir çox görkəmli şəxsiyyətləri, o cümlədən Azərbaycan mədəniyyəti və ədəbiyyatının görkəmli nümayəndələri Mirzə Fətəli Axundzadə və Abbasqulu ağa Bakıxanov işləyiblər.

Bu tarixi bina hazırda Tbilisi Milli Gənclər Sarayı adlanır. Burada müxtəlif dərnəklər fəaliyyət göstərir, başqa sözlə, gənclərin toplaşdığı bir məkana çevrilib.

Bina XIX əsrin əvvəllərində, daha dəqiq desək, 1802-ci ildə inşa edilib. İndiyə qədər tikilidə bir neçə dəfə yenidənqurma işləri aparılıb, 1807-ci ildə sökülərək yenisi ilə əvəzlənib. Tikili forma və infrastrukturuna görə Rusiya klassizminin görkəmli nümunəsi sayılır.

Müxtəlif vaxtlarda təmir olunan binanın daxili kimi, xarici görünüşü də dəyişdirilib. 1818-ci ildə dağıdılan bina bu dəfə tam başqa formada, Braunmüller memari üslubunda yenidən tikilib. 1845-1847-ci illərdə akademik, memar Nikolay Semenovun rəhbərliyi ilə binada növbəti fundamental dəyişiklik baş tutub. 1865-ci ildə isə İsveç memarı Otto Simenson əsaslı rekonstruksiya işlərinə başlayıb və 1869-cu ildə bina hazırkı vəziyyətinə gətirilib.

1921-ci ildə SSRİ qurulanda Gürcüstan Sovet hökuməti də bu binada fəaliyyətə başlayıb. 1941-ci il mayın 2-dən etibarən Pioner və gənclərin sarayı kimi istifadəyə verilib. Bu tarixdən etibarən bina uşaqlar, gənclər üçün təhsil və əyləncə mərkəzinə çevrilib. Uşaqlar burada rəqs, aktyorluq kimi incəsənətin bir sıra sahələri üzrə dərslər alıblar. Hazırda da bina 1941-ci ildə olduğu kimi, gənclərin toplandığı məkan kimi fəaliyyət göstərir.

Qeyd edək ki, bu gün Azərbaycanda Müstəqillik Günüdür. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 106 il ötür.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrilib. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılıb.

Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.

Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib. Beləliklə, həmin qanun təsdiq ediləndən sonra ilk dəfədir Azərbaycan Müstəqillik Gününü qeyd edir.

Azərbaycanda Müstəqillik Günü qeyri-iş günüdür və hər il bayram kimi qeyd olunur.

P.S
"AVESTA.AZ"un Gürcüstan bürosu olaraq reportaj hazırlamaq üçün üç ölkənin müstəqilliyinə şahidlik edən bu binaya - Tbilisi Milli Gənclər Sarayına üz tutduq. Lakin öyrəndik ki, 4 ilə yaxındır burada təmir işləri aparılır.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR