
Bakının Nəsimi rayonunda 32 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
"Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Zeynalov Rüstəm Bahadur oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.