
Yeni Azərbaycan Partiyası (YAP) ilə Özbəkistan Liberal Demokratik Partiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
"AVESTA.AZ" xəbər verir ki, sənədi YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və Azərbaycanda səfərdə olan Özbəkistanın Liberal Demokratik Partiyasının İcra Komitəsinin sədri Aktam Xaitov imzalayıb.
Memorandum Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamənin həyata keçirilməsinə xidmət edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.