
Türkiyənin Şərqi Anadolu bölgəsində zəlzələ olub.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) .
Qurumun verilənlərinə əsasən, yerli vaxtla 20:24-də (Bakı vaxtı ilə 21:24) ölkənin Malatya şəhərinin Akçadağ rayonunda 4,4 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların ocağı 7 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Xatırladaq ki, daha əvvəl Gürcüstanın şimalında zəlzələ olmuşdu.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.