12-09-2022, 20:00 702

Səlim Müslümovun məhkəməsində şahid:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəmə iclası davam etdirilib.

"Report" xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Taleh Ələkbərov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun dəyəri 51 min 600 manatlıq evini 33 min 500 manata alıblar: "Yerdə qalan pul daha bilmədim kimə çatdı, necə oldu. Eşitdiyimə görə, onlar evi şəhid ailələri və aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək üçün alıblar".

Digər şahid Ulduz Verdiyeva da eyni məzmunlu ifadə verib. Şahid nazirliyin onun 52 min manat dəyərində olan mənzilini 36 min manata aldığını söyləyib.

Şahid Elmar Səmədov isə deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olan ikimərtəbəli obyektin özəlləşdirilməsi üçün nazirliyin Aparat rəhbəri Əjdər Cəbiyevlə görüşüb: "Obyektin özəlləşdirilməsi üçün məndən əvvəl 50 min manat pul istədilər. Mən məsələni Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə həll etmək istəyirdim. Əjdər Cəbiyev bildirdi ki, 50 min manata bütün məsələləri həll edir. Mən də razılaşdım, 50 min manatı Əjdər Cəbiyevə verdim. Amma nə obyekti özəlləşdirib mənə verdilər, nə də pulumu qaytardılar".

Şahid Zaman Səmədov isə vurğulayıb ki, 2014-cü ildə Masazırda 65 sot torpaq sahəsi alaraq özəlləşdirib: "Dedilər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ əlilləri üçün ev tikməyə torpaq axtarır. O vaxt nazirliyin Aparat rəhbəri Əjdər Cəbiyev idi. Mən də Əjdər Cəbiyevlə görüşdüm. O söylədi ki, torpaq sahəsini 50 min manata alırıq. Biz razılaşdıq, 10 min manat verdi, qalanını da sonra verəcəyini dedi. Amma vermədilər. Əjdər Cəbiyev Səlim Müslümovun narazılıq etdiyini, 50 min manatın çox olduğunu qeyd etdi. Mən torpağımı geri istədim, vermədilər. Səlim Müslümovu isə heç vaxt görməmişəm".

Digər şahid Samir İsmayılov deyib ki, Mingəçevirdə dayısının 2 otaqlı evinin satılmasında vasitəçilik edib: "Biz evi maklerlə 35 min manata danışdıq, sonra yekun olaraq 31 min manata razılaşdıq. Sənədləşmə olanda bizə dedilər ki, sənəddə 46 min 500 manat yazırıq, amma sənə 31 min manat verəcəyik. Söylədilər ki, bu ev əlillərə veriləcək".

Şahid Nəriman Əliyev bildirib ki, Yeni Gəncə qəsəbəsində orta təmirli 2 otaqlı evini maklerə 39 minə satsa da, sənəddə 56 min 136 manat göstərilib.

Məhkəmənin növbəti iclası sentyabrın 19-na təyin edilib.

Qeyd edək ki, S.Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Toplanılan materiallar əsasında başlanılan cinayət işi üzrə S.Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin S.Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.

Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. S.Müslümova Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir.

Daha sonra səhhətindəki problemlərlə bağlı sabiq nazir ev dustaqlığına buraxılıb.

Paylaş

Xəbər lenti

Təbrizdə azərbaycanlı hakim və ailə üzvlərinin qətl səbəbi məlum olub Bu gün, 00:48 Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım Bu gün, 00:48 Qarakənd faciəsindən 35 il ötür Bu gün, 00:48 Ağdamın işğaldan azad olunmasından 6 il ötür Bu gün, 00:48 CEV Çelenc Kuboku: "Ordu" 1/32 final mərhələsinin cavab görüşündə qələbə qazanıb Dünən, 23:48 Minskdə Rusiya və Gürcüstan arasında diplomatik görüş keçirilib Dünən, 23:48 Ermənistan və Türkiyə yeni körpü tikməyi planlaşdırırlar Dünən, 23:48 Zelenski: Avropa ölkələri Rusiya ilə növbəti danışıqlarda iştirak edəcəklər Dünən, 23:48 XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk Dünən, 22:48 Paşinyan jurnalisti təhqir etdi, məhkəmə ilə hədələdi Dünən, 22:48 Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir Dünən, 22:48 Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı Dünən, 22:48 SEPAH: İran ABŞ-nin Avropadakı bazalarına zərbələr endirmək iqtidarındadır Dünən, 22:48 Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib Dünən, 21:48 Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb Dünən, 21:48 Emin Əmrullayev Məleykə Abbaszadəni BDU-nun kollektivinə təqdim etdi Dünən, 21:48 Türkiyə dünya aviasiya tarixində ilkə imza atdı Dünən, 21:48 Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib Dünən, 21:48 "Eternity-2026" təlimi çərçivəsində Azərbaycanla Gürcüstanın nümayəndələri görüşüb Dünən, 20:48 Bakıda avtobusdan istifadə edənlərə VACİB XƏBƏRDARLIQ - 20 noyabr saat 00:00-dan... Dünən, 20:48 TRIPP layihəsi üzrə ilkin texniki-iqtisadi əsaslandırmanın nəticələri təqdim olunub Dünən, 20:48 Vəkil Orxan Kəngərli həbs edildi Dünən, 20:48 Ermənistan və Türkiyə Marqara sərhəd məntəqəsində ikinci körpü tikməyi planlaşdırır Dünən, 20:48 Sabah mərkəzi prospektdə hərəkət məhdudlaşdırılacaq Dünən, 20:48 Azərbaycan ən həssas vəziyyətdə olan ölkələri dəstəkləyir Dünən, 19:48 Azərbaycanda 360 mindən çox təhsilalan ikinci və ya üçüncü növbədə oxuyur - Statistika Dünən, 19:48 Özəl investisiyalar Azərbaycan iqtisadiyyatının artımını sürətləndirəcək Dünən, 19:48 "DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub Dünən, 19:48 Nərmin Mirzəyeva: ƏMAS əmək qanunvericiliyinin pozulmasının qarşısını əvvəlcədən alır Dünən, 19:48 Futbolçu karyerasını başa vurub, heyvandarlıqla məşğul olmağa başladı Dünən, 18:48 Xankəndi stadionunda tarixə düşən ilk çempionat qolu vuruldu Dünən, 18:48 61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial BU TARİXDƏ BAŞLAYIR Dünən, 18:48 Azərbaycan Türkiyəyə 2 milyard dollarlıq qaz ixrac edib Dünən, 18:48 Azərbaycan 3 ölkədən düyü tədarükünü bərpa edib Dünən, 18:48 Azərbaycan cüdoçusu Məhəmməd Musayev gənclər arasında dünya çempionatında bürünc medal qazanıb Dünən, 18:48 FHN: Badamdarda sürüşmə prosesi hazırda aktiv fazadadır Dünən, 18:48 Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb Dünən, 18:48 Küləklə bağlı narıncı XƏBƏRDARLIQ! Dünən, 17:48 Məleykə Abbaszadə BDU-da kollektivə təqdim olunub Dünən, 17:48 PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib Dünən, 17:48 Açıq kanalizasiya quyusunun qapağı niyə yoxa çıxıb? - RƏSMİ AÇIQLAMA Dünən, 17:48 Prezident İlham Əliyev Vyetnama rəsmi səfər edib Dünən, 17:48 "Baksol"da gəncin kanalizasiyaya düşərək ölməsində təqsirləndirilən sahə rəisinə 3 il müddətə cəza verilib Dünən, 17:48 "HERMES" adlı bank olmayan kredit təşkilatı"na lisenziya verilib Dünən, 17:48 10 ay ərzində narkotiklə bağlı neçə nəfər TUTULUB? - RƏSMİ Dünən, 17:48 Məşhur aktrisa şəkillərini sataraq evinin borcunu ödədi Dünən, 17:48 Ramin Rzayev: İcbari tibbi sığorta xidmətlərinin keyfiyyəti və əlçatanlığı artırılır Dünən, 17:48 Qərbi Azərbaycanın Dərə kəndi: 1980-ci illərdə azərbaycanlılar qovuldu, adı dəyişdirildi Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR