1-07-2024, 14:51 448

Nazir: “COP29-a sədrlik Azərbaycanın dünyada təhlükəsiz və ədalətli enerji keçidindəki rolunu gücləndirir”

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi uzun illərdir qazıntı yanacağı üzrə etibarlı tərəfdaş olan ölkəmizin dünyada təhlükəsiz və ədalətli enerji keçidindəki rolunu gücləndirir.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu energetika naziri Pərviz Şahbazov İtaliyanın Milan şəhərində Yaşıl Enerji Keçidi Konqresi çərçivəsində keçirilən nazirlər panelində əsas məruzəçi olaraq COP29 öncəsi Azərbaycanın milli enerji strategiyasına dair çıxış zamanı bildirib.

O, Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası və müasir milli enerji siyasətinin “yaşıl artımı” hədəfləyən prioritetlərinin COP məqsədləri ilə üst-üstə düşdüyünü qeyd edib.

Bildirilib ki, 1 300 MVt-lıq günəş-külək elektrik stansiyalarının təməlinin qoyulması və 100 MVt külək enerjisi layihəsinin hərracı ilə bağlı bu ilə olan planlarımız uğurla reallaşır: “Bu gedişatla 2030-cu ilə 30%-lik hədəfimizə daha tez nail olacağıq. 2027-ci ilədək 2 milyard ABŞ dollarından çox investisiya dəyərində 2 QVt-dək günəş-külək elektrik stansiyalarının inşası bərpa olunan enerjinin quraşdırılmış gücdə payını 33 %-ə yüksəldəcək”.

O əlavə edilib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “yaşıl enerji zonası” elan edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvanın sıfır emissiyaya malik ərazilər kimi inkişafı, ilkin mərhələdə 5 QVt-dan çox yaşıl elektrik və yaşıl qazların ixracı məqsədilə “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa”, həmçinin Qazaxıstan və Özbəkistandan enerjinin ötürülməsi üçün “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizlərinin yaradılması dekarbonizasiya və iqlim məsələlərində ölkəmizi regionda ön plana çıxarır.

“Yaşıl enerji zonaları və dəhlizləri” kimi örnək təşəbbüslər bu gün nəinki COP29-un Fəaliyyət Gündəliyinə istiqamət verir, həmçinin COP-un mirası olmağa daha münasibdirlər. COP29-un əsas mövzusunun maliyyə olduğunu nəzərə aldıqda, bu tədbirin bərpa olunan enerjinin üçqat, enerji səmərəliyinin iki qat artırılması və ədalətli enerji keçidinə nail olunmasını sürətləndirəcək platforma olacağına inanırıq. Bu aspektdə, elektrik şəbəkələrinin gücləndirilməsini, enerji saxlanma imkanlarının genişlənləndirilməsini, hidrogen istehsalının artırılmasını, müvafiq istiqamətlər, o cümlədən HVDC infrastrukturu, enerji səmərəliliyi üzrə investisiyaların bir neçə dəfə artırılmasını təmin edəcək yeni təşəbbüs və hədəflərə ehtiyac var. Bu mötəbər tədbirin sədrliyini öz üzərinə götürən Azərbaycan bütün tərəflərlə səmimi və nəticəyönümlü dialoq quraraq COP prosesini irəli aparmaq, səmərəli iqlim fəaliyyətini, enerji keçidini təmin etmək və COP29-un uğurlu nəticələrlə yekunlaşması üçün əlindən gələni edəcəkdir,” deyə nazir bildirib.

P. Şahbazov müzakirələr zamanı Azərbaycan, Birləşmiş Əərəb Əmirlikləri və Braziliyadan ibarət üçlük mexanizmi, 2025-ci ildən sonrakı dövr üçün iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması, iqlim fəaliyyəti üzrə çoxtərəfli dialoqun effektiv olması üçün qarşılıqlı etimad, məsuliyyətin və maliyyə imkanlarının ədalətli bölgüsünün təmin edilməsi kimi məsələlərdən də bəhs edib.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR