Şəmkirdə avtomobil azyaşlını vuraraq öldürüb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Daşbulaq kəndində qeydə alınıb.
Belə ki, iki yaşlı Ü.V. yaşadığı evin önündən anidən yola qaçıb. Bu zaman hərəkətdə olan minik avtomobili onu vurub. Azyaşlı ağır halda xəstəxanaya aparılsa da, dünyasını dəyişdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.