
Qazaxda piyadanı yük avtomobili vuraraq öldürüb.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən Şıxlı kənd sakini olan kişini TIR vurub.
Ölən piyada 1987-ci il təvəllüdlü İbrahim Süleymanovdur.
O, ağır halda xəstəxanaya aparılsa da, artıq dünyasını dəyişdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.