17-07-2024, 14:50 473

Azərbaycan millisinin baş məşqçisi: Pley-offa vəsiqə qazanmaqla daha bir tarix yazdıq

4 xalla pley-off mərhələsinə vəsiqə qazanmağımız sevindirici haldır. Düşünürəm ki, daha bir tarix yazdıq.

Bunu “AVESTA.AZ”a açıqlamasında Azərbaycanın qadınlardan ibarət millisinin baş məşqçisi Siyasət Əsgərov yetirmələrinin Avropa çempionatının seçmə mərhələsində çıxışı və turnirin birinci pley-off mərhələsinə vəsiqə qazanmaları barədə danışarkən deyib.

S.Əsgərov son oyunlarda rəqiblərin güclü olduğunu bildirib:

“İsveçrə çox çətin rəqib idi. Bundan öncə evdə Macarıstana məğlub olmuşduq deyə, psixoloji gərginlik vardı. Düzdür, iki futbolçumuzun sarı vərəqəyə görə aldıqları cəza müddətini bitirib bu oyunda meydana çıxması bizi sevindirsə də, əsas futbolçularımızdan ikisinin oynamamasına üzüldük. İsveçrə doğrudan da keyfiyyətli komandadır. Əvvəlki illərdə həmişə Millətlər Liqasının A Liqasında yer alıblar. Həmçinin futbolçuların fərdi keyfiyyəti də yüksəkdir. Bir çox oyunçuları top-ölkələrin qadın liqalarında çıxış edirlər”.

O, güclü təzyiq hiss etdiklərini vurğulayıb:

"Oyun planını pozmamağa, maksimum kompakt oynamağa çalışırdıq. Oyunu əks-hücumlar üzərində qurmuşduq. Təəssüf ki, belə rəqiblər səni səhv buraxmağa məcbur edir. Səhvsiz qol olmur. Matça köklənməyə çalışsaq da, ikinci qolu buraxdıq. Sona doğru rəqibin təzyiqi və tempi artırması komandamızda yorğunluq yaratdı. İsveçrə matçın bitməsinə az qalmış daha bir qol vurub 3:0 hesablı qələbə qazandı”.

Mütəxəssis püşkün onların üzünə güləcəyinə ümid etdiyini bildirib:

“Fürsətdən yararlanıb futbolçularıma təşəkkür edirəm. İl yarım ərzində mübarizə aparıb bu yerlərə gəldilər. Ümid edirəm ki, püşk üzümüzə gülər və xalqımıza daha bir tarixi an yaşadarıq. Oyunlar oktyabrda olacaq, vaxtımız var. Ümidvaram ki, zədəli futbolçularımız sağalar. Pley-off oyunları çempionatların davam etdiyi bir vaxtda keçiriləcək. İnanıram ki, qızlar millinin düşərgəsinə daha yaxşı formada gələrlər”.

Baş məşqçi birinci pley-off mərhələsindəki potensial rəqibləri də dəyərləndirib:

“Potensial rəqiblərimiz Portuqaliya, Uels, Şimali İrlandiya, Ukrayna, Serbiya və Şotlandiyadır. 12 komanda reytinqinə görə iki hissəyə bölünüb. Düşünürəm ki, bura qədər gəlmişiksə, qarşımıza güclü rəqib çıxacaq. Bizim üçün önəmli olan bu mərhələyə çatmaq idi. Sonrakı məqsəd rəqib bilindikdən sonra onu təhlil edib, üstün və zəif cəhətlərini öyrənmək, hər iki oyuna maksimum köklənmək olacaq”.

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsində B Liqasının I qrupunda İsveçrə, Türkiyə və Macarıstanla birlikdə mübarizə aparan Azərbaycan millisi 4 xalla sonuncu olsa da, pley-offa vəsiqə qazanıb. Birinci pley-off mərhələsinin püşkü iyulun 19-da atılacaq.

Paylaş

Xəbər lenti

Manana Çaparidze bağını nümayiş etdirdi Bu gün, 15:48 Monqolustan Orta Dəhlizdə Azərbaycanla əməkdaşlıq potensialını görür Bu gün, 15:48 İstixana meyvələri bazarı zəbt etdi: Alıcılar necə aldadılır? Bu gün, 15:48 Yasamaldakı dəhşətli yanğında ölən Könül Vəlibəylinin qızının sarsıdıcı ETİRAFI Bu gün, 14:48 "Arka sokaklar"ın aktyoru yeni serialda Bu gün, 13:48 Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib Bu gün, 13:48 Dövlət qulluğunda inzibati rəhbər və icraçı vəzifələrə test imtahanı keçirilir Bu gün, 13:48 Bərdədə asfalta yağ dağıldı, qəzaya səbəb oldu Bu gün, 13:48 Bakıda barda qanlı olay: İçəri buraxılmayan şəxs mühafizəçini bıçaqladı Bu gün, 12:48 Bakıda və Abşeronda şimal-qərb küləyi arabir güclənib - FAKTİKİ HAVA Bu gün, 12:48 İlham Əliyev polşalı həmkarını Konstitusiya Günü münasibətilə təbrik edib Bu gün, 12:48 Bu gün 29 mindən çox şagird və abituriyent Azərbaycan dilindən imtahan verib Bu gün, 12:48 Buraxılış imtahanında bir nəfərdə gizlədilmiş mobil telefon aşkarlanıb Bu gün, 12:48 Sabah Bakıda 19, bölgələrdə 24 dərəcə isti olacaq Bu gün, 12:48 Qara Qarayev prospektində sıxlığı azaldacaq TƏKLİF: Sürücülərin işi asanlaşacaq Bu gün, 11:48 "Bakı Marafonu 2026" başlayıb Bu gün, 11:48 Tahir Gözəl ona çay verən şəxsə 50 manat bəxşiş verdi Bu gün, 11:48 Kəmalə Piriyeva: "Türk seriallarına həsəd aparıram" Bu gün, 11:48 Abşeronda "ucuz torpaq" tələsi: Qanunsuz evlər artır Bu gün, 11:48 Cahangeşt Balaxanı: "Meyxanaya məşhurlaşmaq üçün gələnlər unudulub gedirlər" Bu gün, 10:48 Qəzada ölən 17 yaşlı Yusifin FOTOsu Bu gün, 10:48 "Bakı Marafonu 2026" başlayır Bu gün, 10:48 İranın ABŞ-yə təqdim etdiyi 14 bəndlik təklifin bəzi DETALLARI Bu gün, 10:48 Azərbaycandan Ermənistana 8 vaqon gübrə göndəriləcək Bu gün, 10:48 Bu gün 29 mindən çox şagird və abituriyent Azərbaycan dilindən imtahan verəcək Bu gün, 09:48 Tramp təsdiqlədi: Almaniyadan qoşunlar çıxarılır Bu gün, 09:48 Ekspertdən təklif: "Piyadalar üçün cərimələr artırılsın" Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək Bu gün, 09:48 Kürdə suyun səviyyəsi artdı, İmişlinin üç kəndində torpaqlar su altında qaldı Bu gün, 00:48 Söküntü zamanı bəzi evlərin qiymətləndirilməsi zamanı xüsusi yanaşmanın tətbiqi təklif edilir Bu gün, 00:48 Eldar Rəsulov: WUF13 Festivalı Azərbaycanın digər bölgələrində də təşkil olunacaq Dünən, 23:48 WUF13 Festivalının ictimai proqramına 9 mindən çox iştirakçı qatılıb Dünən, 23:48 ABŞ Kubada hərbi əməliyyat keçirmək imkanını araşdırır Dünən, 23:48 Qərbi Azərbaycan İcmasında qaçqınların qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans keçirilib Dünən, 23:48 "OPEC+" iyun ayı üçün neft hasilatı kvotasının artırılmasını razılaşdırıb Dünən, 22:48 Ailəsini amansızlıqla qətlə yetirən Əhməd müalicə aldığı müəssisədən qaçıb? Dünən, 22:48 İran ABŞ ilə sülh planını Pakistana təqdim edib Dünən, 22:48 Premyer Liqa: "İmişli" "Araz-Naxçıvan"a qalib gəlib Dünən, 21:48 Səfirlik: Karlonun Ağdam və Füzuliyə səfəri ABŞ-Azərbaycan əməkdaşlığının genişləndiyini təsdiqləyir Dünən, 21:48 Lənkəranda keçirilən WUF13 Festivalı başa çatıb Dünən, 21:48 XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi çaylarda sululuq artacaq Dünən, 20:48 "Airblue" Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır Dünən, 20:48 Yılmaz: Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması çox önəmlidir Dünən, 20:48 Nazir: "Sosial rifahın yüksəldilməsi üzrə mühüm nailiyyətlər əldə olunub" Dünən, 19:48 Qeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı: Meyvə BAHALAŞACAQ? Dünən, 19:48 İran ABŞ-ni ölkə daxilində qeyri-sabitlik yaratmağa çalışmaqda günahlandırıb Dünən, 19:48 "Heydər Əliyev kuboku-2026": Azərbaycanın səkkiz boksçusu turnirə qələbə ilə başlayıb Dünən, 19:48 Vaşinqtonla Tehran arasında münaqişə yenidən alovlana bilər - İran rəsmisi AÇIQLADI Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR