31-07-2024, 20:49 195

Politoloq: Azərbaycanla Türkiyə TDT-nin dirçəlişi və inkişafının təşəbbüskarlarıdır

Azərbaycanla Türkiyə Türk Dövlətləri Təşkilatının (TDT) dirçəlişi və inkişafının təşəbbüskarlarıdır.

Bu barədə “Report”a açıqlamasında politoloq Fikrət Sadıqov bildirib.

Onun sözlərinə görə, Azərbaycan ərazi bütövlüyünün bərpası məsələsində mənəvi və siyasi dəstək göstərən müttəfiqlərinə minnətdardır: "Fikrimcə, antiazərbaycan lobbiçilərinin Vətən müharibəsində xarici qoşunların iştirak etməsiylə bağlı bəzi Avropa ölkələrində, o cümlədən Fransada, eləcə də ABŞ-də səsləndirilən bəyanatlarının reallıqla heç bir əlaqəsi yoxdur. Bu, əlbəttə ki, yalandır, bu cür bəyanatlarla razılaşmaq sadəcə mümkün deyil. Biz müttəfiqlərimizə göstərdikləri siyasi və mənəvi dəstəyə görə minnətdarıq və biz bu dəstəyi həmişə qiymətləndirmişik və bundan sonra da qiymətləndirəcəyik”.

Politoloq qeyd edib ki, ermənilərdən fərqli olaraq, azərbaycanlılar dinc əhali ilə vuruşmayıb, etnik təmizləmə aparmayıb, şəhər və kəndləri dağıtmayıb.

“Bütün dünya azərbaycanlıların necə məharətlə, peşəkarcasına, fədakarcasına və şərəflə vuruşduqlarını gördü, müharibədən sonra isə Qarabağ münaqişəsini siyasi yolla tam həll etdik. Həll edilməmiş yeganə məsələ Ermənistanla münasibətlərin yekun həllidir, lakin biz bu problemi də diplomatik yolla həll etmək üçün lazım olan hər şeyi edirik”, - o vurğulayıb.

Politoloq qeyd edib ki, bu inamlı qələbədə və silahlı qüvvələrimizin, əsgər və zabitlərimizin əməllərinin layiqli nəticə ilə yekunlaşmasında əsas səbəb diplomatiya sənətini, siyasi təşəbbüsləri mükəmməl bilən Azərbaycan Prezidenti İlham Əliyevin mahir, peşəkar rəhbərliyidir.

“Bu, təkcə xalqımızın deyil, bir çox dövlətlərin, istər Qərb dövlətlərinin, istərsə də üçüncü dünya dövlətlərinin rəhbərləri tərəfindən etiraf olunur. Prezident İlham Əliyevə və onun bütün bu sahələrdə fəaliyyətinə verilən yüksək qiymət Azərbaycanı praktiki olaraq regionun lider dövlətinə çevirib. Özü də təkcə aparıcı qüvvə və oyunçu deyil, həm də dünya siyasətində və beynəlxalq münasibətlərdə kifayət qədər mühüm rol oynayan ciddi və mühüm dövlətə çevirib”, - F.Sadıqov bildirib.

Politoloq onu da vurğulayıb ki, mövcud siyasi vəziyyət kontekstində Azərbaycan və Türkiyə Türk Dövlətləri Təşkilatının (TDT) dirçəlişi və inkişafının təşəbbüskarlarıdır.

“Türk dövlətlərinin bizə göstərdiyi dəstəyi yüksək qiymətləndiririk. Əminik ki, çoxtərəfli görüşlərimiz və sammitlərimiz həm siyasi, həm də sosial-iqtisadi sahədə gələcək tərəqqi və qarşılıqlı maraqlarımızın inkişafı üçün əsas olacaq”, - F.Sadıqov deyib.

Onun sözlərinə görə, dövlət başçısının qarşıya qoyduğu vəzifələr həm xarici, həm də daxili siyasətdə həyata keçirilir: “Müəllifi heç şübhəsiz Azərbaycan Prezidenti olan dövlət quruculuğu sahəsində atılan səriştəli addımlar sayəsində sosial-iqtisadi inkişafda uğurlar göz qabağındadır. Biz ərazi bütövlüyümüzü bərpa edərək işğaldan azad edilmiş ərazilərin normal, sivil görkəm alması üçün lazım olan hər şeyi edirik. Genişmiqyaslı quruculuq işləri aparılır, şəhərlərin və infrastrukturun, kəndlərin bərpası prosesi gedir, qaçqınlar geri qayıdır, mədəni, sosial-iqtisadi təyinatlı obyektlər tikilir. Bütün bunlar isə təbii ki, dövlətimizin imicini yüksəldir və bütün sferalarda, sahələrdə uğurlarımızın tanınmasına əlavə zəmin yaradır”, - deyə politoloq fikrini yekunlaşdırıb.

Paylaş

Xəbər lenti

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında üçüncü günə yekun vurulub Bu gün, 01:48 Yayda arzuları gerçəkləşəcək 3 bürc Bu gün, 00:48 Ermənistanda Serj Sarqsyana qarşı daha bir CİNAYƏT İŞİ Dünən, 23:48 Şahrudin Məhəmmədəliyev Rusiya klublarından təklif alıb? Dünən, 23:48 Avstraliyada daşqınlarda ölənlərin sayı artdı Dünən, 23:48 Bakıda meyit TAPILDI: "Cavandır, deyirlər ki, narkoman olub" Dünən, 23:48 Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında günün sonuncu oyunu keçirilib Dünən, 23:48 Trampın təqdim etdiyi görüntülərin başqa ölkəyə aid olduğu üzə çıxdı Dünən, 23:48 Həbsdə olan tiktoker qardaşlardan biri ev dustaqlığına buraxıldı Dünən, 23:48 Azərbaycanın minifutbol üzrə yığması dünya çempionatında ilk qələbəsini qazanıb Dünən, 22:48 Ermənistanın baş qərargah rəisinin ərazilərimizin işğalında iştirakını sübut edən material tədqiq edilib Dünən, 22:48 Azərbaycan millisinin kapitanı: "Qrupu lider olaraq başa vuracağımıza inanıram" Dünən, 22:48 Bakıda iki müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir Dünən, 22:48 Prezidentin Albaniya səfərindən maraqlı detallar Dünən, 22:48 Dünya çempionatı: Türkiyə Bakıda Ukraynanı məğlub edib Dünən, 21:48 Samir Nuriyev: "Ağalıda torpaqların əkin məqsədilə istifadəyə verilməsi üçün icarə müqavilələri bağlanılır" Dünən, 21:48 Bakıda maşın belə yandı Dünən, 21:48 Çində insanabənzər robotlar döyüşdürülüb Dünən, 21:48 Ərdoğan: Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün yaranan fürsət dəyərləndirilməlidir Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində iyun ayı üçün qəbul cədvəli açıqlanıb Dünən, 21:48 Ceyhun Bayramov Koreyanın yeni səfirini qəbul edib Dünən, 20:48 Arayik Harutyunyan vaxtilə işğal edilmiş ərazilərində qəbiristanlıqların dağıdılmasını barbarlıq adlandırıb Dünən, 20:48 Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin daxili işlər nazirlərinin növbəti iclası keçirilib Dünən, 20:48 Azərbaycan Əvəzedicilər Liqasında 2024/2025 mövsümünün qalibi bəlli olub Dünən, 20:48 Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib Dünən, 20:48 Paşinyan: "Avropa Siyasi Birliyi" sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram Dünən, 19:48 Pakistanın Baş naziri mayın 25-30-da Azərbaycan da daxil olmaqla dörd ölkəyə səfər edəcək Dünən, 19:48 Ağdamda Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib Dünən, 19:48 Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında Bolqarıstan Hindistana qalib gəlib Dünən, 19:48 Samir Nuriyev: Prezident azad edilmiş ərazilərdə 159 layihənin təməlini qoyub Dünən, 19:48 Harvard Universiteti ABŞ hökumətini məhkəməyə verdi Dünən, 18:48 Nazirlikdən XƏBƏRDARLIQ - Bu tarixdə ildırım təhlükəsi olacaq Dünən, 18:48 Naxçıvanda daha iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb Dünən, 18:48 Tbilisidə Azərbaycan və Türkmənistan xalçaları sərgilənir Dünən, 18:48 "UniDestin" Tədris Mərkəzinin meneceri: İşimiz tələbəni xaricə göndərməklə bitmir, əksinə ondan sonra başlayır Dünən, 18:48 XƏBƏRDARLIQ! - Hava bu tarixdən PİSLƏŞİR - Leysan, dolu, sel... Dünən, 17:48 Şamaxı rayonunda kompleks mülki müdafiə təlimi keçirilib Dünən, 17:48 Qarşıdakı günlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ Dünən, 17:48 Moskvada anomal istilər gözlənilir Dünən, 17:48 Alimlər müəyyən edib: D vitamini qocalmanı ləngidir Dünən, 17:48 Bakıda icra başçısı məktəb direktorunu özünə müavin təyin etdi Dünən, 17:48 Lökbatan dairəsində "Vito" YANDI Dünən, 17:48 Çad Bakıdakı dünya çempionatında qələbə qazanıb Dünən, 17:48 Azərbaycan və İtaliya XTQ mənsubları görüşüb Dünən, 17:48 Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb Dünən, 17:48 Fernandu Santuş kimlərin yığmaya çağırılmayacağını açıqladı Dünən, 16:48 Dövlət Xidmətinin Qəbələ Regional İdarəsində rəhbər dəyişikliyi olub Dünən, 16:48 "Anadolu Ankası - 2025" təlimi başa çatıb Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR