
Türkiyənin Şərqi Anadolu bölgəsində zəlzələ olub.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) .
Qurumun verilənlərinə əsasən, yerli vaxtla 05:52-də (Bakı vaxtı ilə 06:52) ölkənin Malatya şəhərinin Yeşilyurt rayonunda 4,4 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların ocağı 10,83 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Xatırladaq ki, iyunun 16-da eyni regionun Akçadağ rayonunda 4,4 maqnitudalı zəlzələ olmuşdu.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.