
Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"AVESTA.AZ"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini, 1995-ci il təvəllüdlü Yusif Mustafayevin idarəetdiyi motosiklet "VAZ 21099" markalı minik avtomobili ilə toqquşub.
Motosikletçi müxtəlif bədən xəsarətləri ilə rayon xəstəxanasına gətirilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.