
Müdafiə Sənayesi Nazirliyinin (MSN) əməkdaşı iş vaxtı ölüb.
"AVESTA.AZ" xəbər verir ki, hadisə nazirliyinin Nizami rayonunda yerləşən Təlim Mərkəzində qeydə alınıb.
Həmin mərkəzdə çalışan, 1976-cı il təvəllüdlü Rəhilə Yasin qızı Qasımova qəfildən ölüb.
İlkin ehtimala görə, qadın ürək çatışmazlığından ölüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.