
Sabirabad sakininin meyiti su kanalından çıxarılıb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Məmişlər və Kürkəndi kəndi ərazisindən keçən su kanalında qeydə alınıb.
Belə ki, rayonun Məmişlər kənd sakini, 2007-ci il təvəllüdlü Quliyev Elçin Eldəniz oğlu beton su kanalında çimərkən boğulub.
Hadisə yerinə FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.
Dalğıc-xilasedicilər tərəfindən axtarışlar nəticəsində E. Quliyevin meyiti batdığı yerdən beş kilometr aralıda tapılarq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktkla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.