
Şəmkir rayonunun Sabir kənd ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, Sabir kənd sakini, 1983-cü il təvəllüdlü Ruslan Əsgərov yolu qarşı tərəfə keçmək istəyən zaman avtomobil onu vurub.
Nəticədə piyada ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.