
Şuşada ağır yol qəzası olub.
“AVESTA.AZ”un Qarabağ Bürosunun məlumatına görə, mikroavtobus yoldan çıxaraq aşıb.
Qəza nəticəsində avtomobildə olan sərnişinlərdən 6-sı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Xankəndi şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Şuşa rayon Polis Şöbəsində araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.