
Bərdə bazarında qadın əri tərəfindən bıçaqlanıb.
"AVESTA.AZ"-un Qarabağ Bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Bərdə təzə bazar ərazisində sahibkarlıqla məşğul olan, 1978-ci il təvəllüdlü Qasımova Gülnar Ərşad qızı, həyat yoldaşı Qasımov Ayaz İmamqulu oğlu tərəfindən bıçaqlanıb.
Kişi daha sonra özünə xəsarət yetirib.
Hər iki şəxs Bərdə Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.