6-10-2024, 19:13 329

Taksi sürücüləri üçün növbəti imtahanda 1 735 namizəd uğur qazanıb - YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi tərəfindən 6 oktyabr 2024-cü il tarixində taksi sürücüləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi üçün DİM-in elektron imtahanlar korpusunda test imtahanı keçirilib.

Bu barədə "Report"a DİM-dən bildirilib.

İmtahanlar elektron qaydada kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

Xatırladaq ki, imtahanlarda iştirak etmək üçün 2002 namizəd qeydiyyatdan keçib. Onlardan 1 952 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1 735 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim edilib. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim ediləcəkdir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 7 – 8 oktyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək.

07:06

Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti dəfə imtahan keçirəcək. Bu gün avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə də imtahanlar təşkil ediləcək.

DİM-dən "Report"a bildirilib ki, imtahan vermək üçün ümumilikdə 2002 nəfər qeydiyyatdan keçib.

Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) və DİM-in Gəncə regional bölməsində, avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə imtahanlar isə DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) keçirilir. İmtahana buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək lazımdır.

İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola biləcəklər. Nəticələr, həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

İmtahana gələrkən namizədlər buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Bir saat davam edəcək imtahanda taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair 20 test tapşırığı, avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. On və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr veriləcək.

Paylaş

Xəbər lenti

Dövlət Mülki Aviasiya Agentliyinin işçilərinin xidməti geyim formaları təsdqilənib Bu gün, 19:48 Paytaxtı digər şəhərə köçürməklə tıxac problemi həll olacaq? - VACİB AÇIQLAMA Bu gün, 19:48 "Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb Bu gün, 19:48 Xıdırlı kəndində Zəfərin 5 illiyinə həsr olunan ağacəkmə aksiyası keçirilib Bu gün, 19:48 Avtovağzalla rayona getmək istəyənlərin NƏZƏRİNƏ! Bilet alışı prosesinə dəyişiklik edilib Bu gün, 18:48 Bağçada azyaşlıya qarşı şiddət göstərən dayə işdən ÇIXARILIB - GÖRÜNTÜLƏR Bu gün, 18:48 Bulvarda suya düşən kişi və qadın xilas edilib - ANBAAN GÖRÜNTÜLƏR Bu gün, 18:48 İlon Mask dünyanın 500 milyard dollarlıq sərvətə sahib ilk insanı olub Bu gün, 18:48 Makron Paşinyanı İrəvan və Bakı arasında sülhün qurulması ilə təbrik edib Bu gün, 18:48 Bu şəhərdə poçt xidməti üçün nəqliyyat vasitələri alınacaq - 552 min AZN... Bu gün, 18:48 Turistlərin Azərbaycanda xərclədikləri ümumi vəsait açıqlandı Bu gün, 17:48 İki məşhur aktyor "İlk ve Son"da rol alacaq Bu gün, 17:48 Türkiyəyə ixrac ediləcək 163 ton alma məhsulunda normadan artıq pestisid aşkarlanıb Bu gün, 17:48 Luvr muzeyindəki oğurluğa görə daha 5 nəfər saxlanıldı - Qızıllar isə ortada yoxdur Bu gün, 17:48 Azadlıq Meydanındakı yeraltı avtodayanacağın fəaliyyəti bu tarixdə DAYANDIRILACAQ Bu gün, 17:48 Bu energetik içkilərdə DƏRMAN maddəsi aşkarlanıb Bu gün, 17:48 Əfsanənin toyunun keçirildiyi restoran CƏRİMƏLƏNDİ Bu gün, 17:48 İki il əvvəl Rusiyaya ekstradisiya edilən azərbaycanlı Ukrayna müharibəsində öldü Bu gün, 17:48 Azərbaycanlı qadın beynəlxalq axtarışa verildi Bu gün, 17:48 Xidmətdən buraxılan hərbi qulluqçular üçün işdən çıxarma pulu dəyişib Bu gün, 17:48 Məşhur aktyor "Çarpıntı"da çəkiləcək Bu gün, 16:48 Azərbaycanda həbsdə olan icra başçıları: Siyahıya bir ad daha ƏLAVƏ OLUNDU Bu gün, 16:48 Yeni yarasa koronavirusu tapıldı - Alimlər ehtiyatlı olmağa çağırır Bu gün, 16:48 Krımda Telegram və WhatsApp-ın fəaliyyəti məhdudlaşdırıldı Bu gün, 16:48 Devid Pirs 150 il həbs olundu Bu gün, 16:48 Bakının məşhur "Moskva" univermağında QANUNSUZ ƏMƏLLƏR ifşa olundu Bu gün, 16:48 Bakıda 66 kq narkotik dövriyyədən çıxarılıb Bu gün, 16:48 Dövlət Komitəsinin sədri Türkiyənin Diyanət İşləri İdarəsinin rəhbəri ilə görüşüb Bu gün, 16:48 Bağçada azyaşlıya qarşı şiddət göstərilib - GÖRÜNTÜLƏR Bu gün, 16:48 Bakıda iki küçəyə Məmmədbağır Bağırzadənin adı verildi Bu gün, 15:48 Çiyin ağrısı, ağız quruluğu… - Bu sadə simptomlar ağır xəstəlikdən xəbər verə bilər Bu gün, 15:48 SOCAR-ın təşkilatçılığı ilə Hüquq və Uyğunluq Forumu keçirilib Bu gün, 15:48 Kamran Əsədov: "Tələbə təqaüdləri ən azı 10-15 faiz artırılmalıdır" Bu gün, 15:48 63 yaşlı Qriqori Leps 19 yaşlı sevgilisi ilə evlənir? - AÇIQLAMA Bu gün, 15:48 Azərbaycan və Britaniya müdafiə sahəsi üzrə əməkdaşlıq planı imzalayıb Bu gün, 15:48 Balakənin icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM Bu gün, 15:48 Günəş sistemindən keçən sirli obyekt alimləri narahat etdi - Yadplanetlilər ola bilər Bu gün, 15:48 Musiqili teatrda tarixi an: Dilarə Kazımova "Chicago" ilə yadda qaldı Bu gün, 15:48 Bakıda yeni parklanma yerləri təşkil edilib Bu gün, 15:48 Un və süd məhsulları ilə bağlı həkimdən XƏBƏRDARLIQ Bu gün, 15:48 Bakıda yeni kanalizasiya kollektorları və sutəmizləyici qurğularının tikintisinə başlanıb Bu gün, 14:48 DTX-dən "Hurriyyet TV"də əməliyyat: Vüqar Məmmədov saxlanıldı Bu gün, 14:48 Kemal Sunalın heç kimə söyləmədiyi sirri nə idi? Bu gün, 14:48 Yanvarın 1-dən təqaüdlər artırılacaq? - AÇIQLAMA Bu gün, 14:48 Nehrəmdə hasar uçub, bir nəfər ölüb Bu gün, 14:48 Direktor olmaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR Bu gün, 14:48 Eldar Əzizov müşavirə keçirdi, tapşırıqlar verdi Bu gün, 14:48 Növbəti köç karvanı Vəngli kəndinə çatıb, açarlar təqdim edilib Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR