15-10-2024, 23:19 711

Qərbi Azərbaycan Xronikası: “Xarici oyunçular Ermənistanın yox, öz maraqlarını güdürlər”

Bu gün "Baku Tv"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.

“Report” xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi politoloq Yeganə Hacıyeva olub.

O, rəsmi İrəvanın Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə reqlamenti ratifikasiya üçün parlamentə göndərməsindən, COP29 ərəfəsində anti-Azərbaycan qüvvələrin təzyiqləri, böhtan və əsassız tələblər irəli sürməsindən danışıb, eləcə də Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasına (AŞPA) geri qayıtması məsələsinin aktuallaşdığını deyib: “Ermənistan sərhədlərin delimitasiyası ilə bağlı müzakirə olunan sənədin 3 mühüm bəndini çıxarıb. Beynəlxalq təşkilatlar Ermənistandakı revanşist əhval-ruhiyyəni dəstəkləyir. Bəzi təşkilatlar Azərbaycana qarşı böhtana söykənən proseslərə başlayıblar. AŞPA kiminsə əlində Azərbaycana qarşı alətdir”.

Onun sözlərinə görə, bu gün Ermənistanın Konstitusiyası qeyri-legitimdir: “Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması təkcə rəsmi Bakı və İrəvan üçün deyil, həm də bütün Cənubi Qafqaz üçün vacibdir. Azərbaycan Ermənistanla təkbətək münasibətlərdə maraqlıdır. Xarici oyunçular Ermənistanın yox, öz maraqlarını güdürlər”.

Y.Hacıyeva Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyətinin genişləndiyini, eləcə də Qərbi Azərbaycan və Zəngəzur dəhlizi mövzularının prioritet məsələ olduğunu bildirib: “Beynəlxalq mexanizmlər birtərəfli qaydada hazırlanır. Xaricə oturan ermənilər öz xalqının hissləri ilə manipulyasiya edir. Zəngəzur dəhlizi mütləq açılacaq. Çünki Ermənistan belə bir iqtisadi resursdan əl çəkməyəcək”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə oktyabrın 15-də saat 18:30-da "Youtube" kanalında və saat 19:30-da "Baku Tv"nin efirində rus dilində yayımlanıb.

Paylaş

Xəbər lenti

Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Bu gün, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Bu gün, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Bu gün, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Bu gün, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Bu gün, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Bu gün, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Bu gün, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Bu gün, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Bu gün, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Bu gün, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Bu gün, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Bu gün, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Bu gün, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Bu gün, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Bu gün, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Bu gün, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Bu gün, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Bu gün, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Bu gün, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Bu gün, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR