18-10-2024, 09:48 456

Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 8,4 min MVt-ı ötüb

Azərbaycanda yeni elektrik stansiyalarının istifadəyə verilməsi ilə hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 8 415,6 MVt-a çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 324,8 MVt və yaxud 4 % artım deməkdir.

"AVESTA.AZ" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.

"Elektroenergetika sistemində ümumi gücü 6 623 MVt olan 22 istilik-elektrik stansiyası, 1 406,6 MVt-lıq 58 su-elektrik stansiyası, 278,1 MVt gücündə 9 günəş-elektrik stansiyası, 63,7 MVt gücündə 5 külək-elektrik stansiyası, 37 MVt gücündə bərk məişət tullantıları-elektrik stansiyası və ümumi gücü 7,3 MVt olan 3 hibrid-elektrik stansiyası fəaliyyət göstərir. Su-elektrik stansiyaları daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1 792,6 MVt-dır ki, bu da ümumi istehsal gücünün təxminən, 21,3 %-ni təşkil edir".

"Bu dövrdə generasiya gücünün artırılması ilə yanaşı, elektrik enerjisi şəbəkəsində də nailiyyətlər əldə edilib. Belə ki, hazırda ümumi gücü 29 491 MVA olan 110-500 kV-luq 254 yarımstansiya istismardadır. Ötən il ölkəmizin bərpaolunan elektrik enerjisi gücü 373,6 MVt artıb ki, burada da Xəzər və MDB regionunun ilk ən böyük və xarici sərmayəəsaslı, günəş- elektrik stansiyasının - "Qaradağ" GES-in xüsusi payı var", - deyə o əlavə edib.

"Bu ilin 9 ayında elektrik enerjisi istehsalı 247,7 milyon kVt-st artımla 21,8 milyard kVt-st olub ki, burada 9 dəfədən çox günəş-elektrik enerjisi istehsalı bərpaolunan mənbələrin payını 14,1 %-ə yüksəldib. İxrac isə Gürcüstana 898,7 milyon, Türkiyəyə 176,4 milyon, Rusiyaya 137,4 milyon və İrana 27,9 milyon kVt-st olmaqla ümumilikdə 1,2 mlrd. kVt-st təşkil edib. Elektrik enerjisinin idxalı bu dövrdə azalaraq 139,4 mln. kVt-st olub", - deyə nazir vurğulayıb.

Paylaş

Xəbər lenti

Bakcell-in "GO" tariflərinə qoşulun və üstünlüklərdən faydalanın Bu gün, 13:48 Norveç kralı V Harald vəfat etdi Bu gün, 13:48 Baş nazir yeni dövlət proqramı ilə bağlı qurumlara tapşırıq verdi Bu gün, 13:48 Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu Bu gün, 13:48 Bakıda Aurigid meteor yağışı müşahidə olunacaq Bu gün, 13:48 Azərbaycanda 1 milyon 100 min pensiyaçı var Bu gün, 13:48 Qazaxda avtoxuliqanlıq edən sürücü həbs olunub Bu gün, 13:48 Taekvondo üzrə gənclər arasında "Koreya Səfiri Kuboku" keçiriləcək Bu gün, 13:48 ADY: Xırdalan-Biləcəri sahəsində təmir işləri başlayıb Bu gün, 12:48 Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək Bu gün, 12:48 Şükürbəyli və Horovluya qayıdan ailələrə evlərin açarları təqdim edilib Bu gün, 12:48 Bakıdakı bir neçə memarlıq abidələrində icazəsiz tikinti işlərinə görə xəbərdarlıq edilib Bu gün, 12:48 Bakıda bu rayonda 4 bina sökülə bilər - ÜNVANLAR Bu gün, 12:48 XİN: Ballıqayadakı insanlıq əleyhinə cinayətlərə hüquqi qiymət verilməlidir Bu gün, 11:48 Tokayev Qazaxıstan hökumətini istefaya göndərib Bu gün, 11:48 Pomidor döyüşü festivalından RƏNGARƏNG GÖRÜNTÜLƏR Bu gün, 11:48 Xırdalan istiqamətində metro stansiyası açılacaq? - RƏSMİ CAVAB Bu gün, 11:48 Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib Bu gün, 11:48 Azərbaycanda bu universitetlər təhsil haqqını qaldırdı Bu gün, 11:48 Ramanada kamera quraşdıran 36 yaşlı kişi ölüb Bu gün, 11:48 Azərbaycan və Özbəkistan innovativ maliyyə ekosisteminin formalaşdırılmasını müzakirə edib Bu gün, 11:48 Xalq artistindən diqqətçəkən görüntülər: Kameralar qarşısında nə baş verdi? Bu gün, 11:48 AAYDA: Xocavənddə iki kəndin giriş yolları tikilir Bu gün, 11:48 Bakıda məşhur xəstəxananın təcili yardım şöbəsi TƏMİR OLUNACAQ Bu gün, 11:48 Nazirlikdən kirayə ev axtaran tələbələrə müraciət: Bu ifadələrə inanmayın Bu gün, 10:48 Azərbaycanın beş cüdoçusu "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır Bu gün, 10:48 Bəzi rayonlara leysan yağıb, güclü külək əsir Bu gün, 10:48 Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçimi başlayıb Bu gün, 10:48 İnvestisiya Nazirliyi: SOCAR Özbəkistanda 2 milyard dollarlıq layihədə iştirak edir Bu gün, 10:48 "Sabah" Çempionlar Liqasından nə qədər qazanacaq? - MƏBLƏĞLƏR Bu gün, 10:48 Gürcüstanda qatar gecikirsə, sərnişinə pul ödənilir – Azərbaycanda necədir? Bu gün, 10:48 Türkiyənin Zəfər Bayramı münasibətilə Bakıda Türk şəhidliyi ziyarət edilib Bu gün, 10:48 "Azərişıq" Zərdabın bir sıra kəndlərində yenidənqurma işləri aparır Bu gün, 10:48 Sərhədi cəmi 20 saniyəyə keçmək mümkün olacaq Bu gün, 10:48 Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı Bu gün, 10:48 Azərbaycanda vəzifəli şəxs qardaşının evində qəfil öldü Bu gün, 09:48 Bakıda yaşayış kompleksində ikinci qapının açılması üçün binanın əsas divarı dağıdıldı Bu gün, 09:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatdı Bu gün, 09:48 ADY genişmiqyaslı rəqəmsallaşdırmaya hazırlaşır Bu gün, 09:48 Ballıqaya qətliamından 34 il ötür Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 92 dolları ötüb Bu gün, 09:48 Bakıda güclü külək nəticəsində 2 qadın xəsarət alıb Bu gün, 09:48 İlin son Ay tutulması başlayıb Bu gün, 08:48 Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq Bu gün, 08:48 "Səs-küydən otura bilmirik" - Avropa Azərbaycan Məktəbindən NARAZILIQ Bu gün, 08:48 "Qanun" nəşriyyatının tərcüməçisi müəmmalı şəkildə ölüb - Ailəsindən AÇIQLAMA Bu gün, 08:48 Sumqayıtda BMW üç avtomobilə çırpılaraq aşıb, xəsarət alanlar var Bu gün, 08:48 "Deməli, istədiyi sürətlə sürə bilər" - Salyanda yol niyə sakinlərin kabusuna çevrilib? Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR