18-10-2024, 11:25 453

“Türk xalqlarının mənəvi irsi dünya sivilizasiyası kontekstində: “Alpamış Batır” dastanı” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib

Qazaxıstanın Almatı şəhərində Dostluq Evində oktyabrın 17-18-də Qazaxıstan Respublikasının YUNESKO və İSESKO üzrə Milli Komissiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Qazaxıstan Respublikasının Qeyri-Maddi Mədəni İrs üzrə Milli Komitəsi və Muxtar Auezov adına İncəsənət və Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Türk xalqlarının mənəvi irsi dünya sivilizasiyası kontekstində: “Alpamış Batır” dastanı” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib.

"AVESTA.AZ"un məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qonaqları salamlayaraq rəhbərlik etdiyi təşkilatın türk mədəniyyətinin və irsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində genişmiqyaslı fəaliyyətlərindən bəhs edib.Aktotı Raimkulova Fond tərəfindən həyata keçirilən layihələrin bərpa və muzeyləşdirmə, elmi-tədris, təhsil və yaradıcılıq istiqamətlərində mühüm rol oynadığını vurğulayıb.

O, Fondun aktual layihələri sırasında “Türk Dünyasının Mədəni İrsinin qorunması haqqında” Konvensiyası, ortaq türk mədəni irs obyektlərinin çoxdilli kataloqu - “TurkHeritage”, ümumtürk dəyərlərinin geniş şəkildə işıqlandırıldığı silsilə sənədli filmlərin yayımlandığı “TURKDISCOVERY” rəqəmsal platformasına diqqəti çəkib.

Aktotı Raimkulova Fond tərəfindən “Türk Dünyasının görkəmli şəxsiyyətləri”, “Türk Dünyasının ədəbi inciləri”, “Türk Dünyasının elmi inciləri” adlı kitab seriyalarınıntərtib olunduğunu diqqətə çatdırıb. O, rəhbərlik etdiyi təşkilat tərəfindən türk dünyasının müxtəlif sahələrdə çalışan mütəxəssislərini bir araya gətirən təcrübə mübadiləsi proqramları, türk dünyasının şəhərlərində türk irsinə və yaradıcılığına dair müxtəlif mərkəzlərinin açılmasını, türk mədəni irsini ictimaiyyətə tanıdan tədbirlərin gerçəkləşdirilməsi yönündə işlərin aparıldığını vurğulayıb.

Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun türk xalqlarının ortaq ədəbi dəyərlərini təbliğ edən layihələri dəstəklədiyini bildirərək, qeyd edib: “Türk dünyasının klassik qəhrəmanlıq dastanlarından biri olan “Alpamış batır” dastanı bu gün ortaq dəyərimizə çevrilib. “Alpamıs batır” dastanı türk xalqlarının dəyərli və bədii yadigarı hesab olunur. O, qədim dövrlərin adət-ənənələrini, idrakını, dünyagörüşünü, gerçəkliyini aydın şəkildə təsvir edir. “Alpamıs batır” dastanı türk xalqlarına birliyi, mənəviyyatı aşılayan milli iftixara çevrilib. Odur ki, bugünkü tədbir gənc nəslin milli şüurunun formalaşması,inkişafı, türk xalqlarının kimliyinin və birliyinin qorunub saxlanması baxımından mühüm əhəmiyyət kəsb edir”.

Aktotı Raimkulova tədbirin həmtəşkilatçılarına, eləcə də iştirakçılarına Türk Mədəniyyəti və İrsi Fondu adından təşəkkür edib.

Konfrans çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu ilə Muxtar Auezov adına İncəsənət və Ədəbiyyat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində qazax, rus və ingilis dillərində nəşr olunan “Alpamış Batır” dastanının təqdimatı keçirilib. Bu nəşrin müxtəlif dillərdə yayımlanmasında məqsəd türk xalqlarının ortaq mənəvi irsini yaşatmaq, eləcə də geniş beynəlxalq auditoriyaya çatdırmaqdır.

Konfrans Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Rusiya Federasiyasından (Ufa, Kazan, Novosibirsk) tanınmış alimlərin "Alpamış Batır" dastanına, eləcə də ümumtürk epik ənənələrinə, folklor irsinə və bu sahənin dərindən öyrənilməsinin aspektlərinə dair mövzular ətrafında çıxışları və məruzələri ilə panel və sessiyalarla davam etdirilib.

Həmçinin, bu konfrans çərçivəsində “Alpamış Batır” dastanının YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi üçün beynəlxalq ekspertlər tərəfindən namizədliyinin irəli sürülməsi ilə bağlı müzakirələr aparılıb.

Folklor irsi və müasirliyin vəhdəti fonunda türk ədəbiyyatının və mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması və qorunması kimi məqsədlərin əhəmiyyəti tədbirin əsas istiqamətlərindən biri olmuşdur.

Beynəlxalq konfransda türkdilli dövlətlərdən, eləcə də digər xarici ölkələrdən alimlər – dilçilər, tarixçilər, filosoflar, dastançılar, folklorşünaslar, ədəbiyyatşünaslar, sənətşünaslar, mədəniyyətşünaslar, ali təhsil müəssisələrinin professorları iştirak ediblər.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR