19-10-2024, 18:07 695

Prezidentin xüsusi nümayəndəsi: Ermənistan öz hərəkətləri ilə Azərbaycanla sülh prosesini çıxmaza salmağa çalışır

Azərbaycan Ermənistanın bir sıra mühüm maddələri hələ də razılaşdırılmamış sülh müqaviləsi imzalamaq təklifini qeyri-real və qəbuledilməz hesab edir.

“AVESTA.AZ” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib.

Əmirbəyov jurnalistin Ermənistanın Almaniyadakı səfirinin Ermənistanın sabah da Azərbaycanla sülh sazişi imzalamağa hazır olması barədə bəyanatına rəsmi Bakının necə yanaşdığı ilə bağlı sualını cavablandırarkən bu bəyanatın səmimiliyinə çox şübhə etdiyini vurğulayıb. “Tamamlanmamış, yarımçıq sazişin günü sabah imzalanması təklifi nəinki qeyri-real və qəbuledilməzdir, eyni zamanda ictimaiyyətdə yanlış fikir formalaşdırmaq cəhdidir. Tərəflər saziş layihəsinin hələ açıq qalan bir neçə mühüm müddəası ilə bağlı razılığa gəlməlidir və onlarsız sənəd natamamdır”, - Azərbaycan Prezidentinin nümayəndəsi qeyd edib.

Onun sözlərinə görə, sülhə nail olmaq yolunda əsas maneə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisinə Ermənistanın konstitusiyasında əksini tapmış ərazi iddialarıdır.

E.Əmirbəyovun sözlərinə görə, bu problemi görməzdən gəlmək otaqdakı fili görməməyə bərabərdir.

“Bununla Ermənistan beynəlxalq ictimaiyyəti çaşdırmaq, guya sülh prosesində konstruktiv iştirak etdiyini göstərmək istəyir, əslində isə vaxtı uzadır və sülh prosesini çıxmaza salır. Ermənistan Qərbdən, o cümlədən Aİ-dən, ABŞ-dən və ayrı-ayrı Aİ dövlətlərindən qeyri-məhdud sayda diplomatik, iqtisadi və hərbi yardım almağa başlayan kimi danışıqlarda konstruktiv iştirak etməyə olan marağını itirib və belə görünür ki, Azərbaycanla sülhə nail olmaq artıq onlar üçün prioritet deyil”, - o vurğulayıb.

Jurnalistin nəticə əldə olunmasını sürətləndirmək üçün tərəflər Zəngəzur dəhlizinin açılması məsələsini sülh sazişi çərçivəsindən kənara çıxarmaq və elə bu formada Ermənistan konstitusiyasına düzəlişlərin sülh sazişinin imzalanmasından sonrakı dövrə təxirə salınmasının mümkünlüyü barədə sualını cavablandıran Əmirbəyov qeyd edib ki, bu iki məsələ arasında paralel aparmaq tamamilə yanlışdır, çünki onlar davamlı sülhün əldə olunması üçün əhəmiyyətinə görə tamamilə fərqlidir.

“Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilk gündən münaqişənin əsas səbəbi olub və davamlı sülhə nail olmaq üçün bu problemi birdəfəlik aradan qaldırmaq lazımdır. Bunu isə Ermənistan konstitusiyasını dəyişmədən etmək mümkün deyil. Ermənistan konstitusiyası indiki formada qalarsa, sülh sazişi qısamüddətli olacaq, çünki Azərbaycanla sülhə qarşı çıxan hər hansı yeni Ermənistan rəhbərliyi sazişin hüquqi cəhətdən daha üstün olan konstitusiyaya uyğun olmadığını əsas gətirərək onu sadəcə olaraq denonsasiya edəcək. Başqa sözlə, Azərbaycan sülh sazişini baş nazir Paşinyanla deyil, Ermənistanla imzalamaq istəyir”, - o deyib.

Əmirbəyovun sözlərinə görə, məhz elə buna görə Azərbaycan zamanla münaqişənin yenidən canlanması baxımından və yeni faciələrə səbəb ola biləcək heç bir hüquqi boşluq buraxa bilməz, buna görə də biz uzunmüddətli Ermənistan-Azərbaycan qarşıdurmasının əsas səbəbini aradan qaldırmalıyıq.

Zəngəzur dəhlizinə gəlincə, Azərbaycan Prezidentinin nümayəndəsi əlavə edib ki, rəsmi Bakı hələ də onun açılışına böyük önəm verir. “Azərbaycan bu məsələnin sülh sazişi çərçivəsindən kənara çıxarılmasına razılıq verməklə bizi gözü götürməyən bədxahlara bu məsələnin həll edilməmiş mahiyyətindən istifadə edərək Azərbaycanı ümumi irəliləyişə xələl gətirən tərəf kimi təqdim etməsinə səbəb verməmək istəyindən çıxış edib”, - deyə Əmirbəyov fikrini tamamlayıb.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR