24-10-2024, 09:03 443

“İqlim fəaliyyəti fotoobyektivdə” adlı beynəlxalq fotomüsabiqənin qalibləri açıqlanıb

İqlim dəyişmələri mövzusunda məlumatlılığın artırılması, eləcə də ətraf mühitin mühafizəsi sahəsində maarifləndirmə məsələlərinə töhfə vermək məqsədilə həyata keçirilən “İqlim fəaliyyəti fotoobyektivdə” adlı beynəlxalq fotomüsabiqənin qalibləri açıqlanıb.

Bu barədə "AVESTA.AZ"a COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Qeyd edilib ki, avqust ayının 1-də COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən dünya fotoqraflarını iqlim dəyişmələri ilə bağlı vizual hekayələr vasitəsilə qlobal dialoqa qoşulmağa dəvət etmək, aktual iqlim problemlərinə ictimaiyyətin diqqətini yönəltmək və aktiv maarifləndirməni dəstəkləmək məqsədilə elan edilən “İqlim fəaliyyəti fotoobyektivdə” adlı beynəlxalq fotomüsabiqə layihəsi başa çatıb.

Bir aydan artıq davam edən layihəyə ümumilikdə 20-yə yaxın müxtəlif ölkədən fotoqraflar öz orijinal işləri ilə qoşularaq, iqlim dəyişmələrinin həyatımızın müxtəlif sahələrinə təsirlərini fərqli yanaşmalar ilə təsvir etməyə çalışıblar. Azərbaycanlı fotoqraflarla yanaşı, layihədə ABŞ, Almaniya, İspaniya, İtaliya, Polşa, Macarıstan, Rusiya, Hindistan, Argentina, Myanma, Nigeriya, Tacikistan, Nepal, İraq, Əfqanıstan kimi ölkələrdən olan istedadlı fotoqraflar iştirak ediblər.

Münsiflər heyəti tərəfindən müsabiqənin qaydaları və meyarlarına əsasən bir sıra müxtəlif kriteriyalar üzrə aparılan qiymətləndirmə prosesi nəticəsində layihənin qalibləri müəyyən olub. Beləliklə, myanmalı fotoqraf So Pyay Lynn “Çətin həyat” adlı fotosu ilə birinci, macarıstanlı fotoqraf Adam Fath “Quruyan gölün çiçəkləri” fotosu ilə ikinci, nigeriyalı fotoqraf Adebote Mayova isə “Makoko” əsəri ilə üçüncü yerə layiq görülüblər. Sözügedən fotoşəkillər iqlim dəyişmələrinin qlobal təsirlərini əks etdirməklə bu ortaq problemin həll yolları üzərində düşünməyə, onu daha dərindən dərk etməyə dəvət edir.

Qeyd edək ki, müsabiqənin şərtlərinə əsasən, noyabr ayının 20-sində layihənin seçilmiş fotoşəkillərindən ibarət sərgi COP29 konfransı çərçivəsində Yaşıl Zonada yerləşəcək Azərbaycan pavilyonunda təşkil ediləcək. İqlim fəaliyyətinin dinamik mərkəzi olacaq COP29-un Yaşıl Zonasında bu ekspozisiyanın təşkili müsabiqə iştirakçıları və qaliblərinə öz əsərləri ilə ünvanlamaq istədikləri çağırışların qlobal auditoriyaya çatdırılması, eləcə də qarşılıqlı əlaqələrin qurulması və beynəlxalq səviyyədə tanıdılmasına xidmət edəcək.

Paylaş

Xəbər lenti

Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb Bu gün, 07:48 EIA 2027-ci il üçün Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb Bu gün, 00:48 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi Dünən, 23:48 Sabah Yasamal və Qaradağda qaz olmayacaq Dünən, 23:48 Motosikletlə toya gələn bəy və gəlin görənləri təəccübləndirdilər Dünən, 23:48 Sabah Bakının iki küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq Dünən, 23:48 15 ildən sonra doğulan nəvəsinə ad günü məclisi keçirməyə yığışıblarmış - Dəhşətli qəzanın yeni TƏFƏRRÜATI Dünən, 23:48 Baş nazirdən "Bakubus" MMC ilə bağlı QƏRAR Dünən, 22:48 Alimlər 2 min dərəcədən yüksək temperaturda yeni buz növü kəşf ediblər Dünən, 22:48 İranda dolların məzənnəsi yeni tarixi rekord qırdı Dünən, 22:48 Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ Dünən, 22:48 Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb Dünən, 22:48 AK Seutada miqrasiya böhranının aradan qaldırılması üçün İspaniyaya 114,7 milyon avro ayıracaq Dünən, 21:48 Ermənistan gələn ilin oktyabrına qədər "Ermənistan Elektrik Şəbəkələri"ni milliləşdirmək niyyətindədir Dünən, 21:48 Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - VACİB AÇIQLAMA Dünən, 21:48 Əhalinin NƏZƏRİNƏ: Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları DƏYİŞDİRİLDİ Dünən, 21:48 Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir Dünən, 21:48 Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq üzrə qərargah danışıqları keçirilib Dünən, 20:48 İslam Maxaçev "Qızıl top"un bu futbolçuya verilməsini istədi Dünən, 20:48 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR Dünən, 20:48 "Bu dövr artıq geridə qalıb" - Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya ilə münasibətlərin bərpasından danışıb Dünən, 20:48 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB Dünən, 20:48 Səfir: "İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır" Dünən, 19:48 "Yaşıl Teatr" və Bakı Şəhər Bələdiyyə Teatrının nazirliyin tabeliyinə verilməsi barədə Qərar imzalanıb Dünən, 19:48 Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən... Dünən, 19:48 Məclisdən evə qayıdarkən qəzaya düşüblər - Beş nəfərin yanaraq öldüyü hadisənin TƏFƏRRÜAT Dünən, 19:48 Xankəndidə növbəti əmək yarmarkası keçiriləcək Dünən, 18:49 İsmayıllıda toyda 30-dan çox şəxs NƏDƏN ZƏHƏRLƏNİB? - AÇIQLANDI Dünən, 18:49 Paytaxtda 18 istiqamətdə sıxlıq var Dünən, 18:49 Abşeronda kanalizasiya sularının yola axması ciddi narazılıq yaradıb Dünən, 18:48 Gəncə şəhərinin sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR Dünən, 18:48 Rusiya ilə Türkiyə XİN-ləri Cənubi Qafqaz və Ukraynadakı vəziyyəti müzakirə ediblər Dünən, 18:48 "Qarabağ" rəsmisi: "Abdullah Zubir istənilən kluba keçmək potensialına malik futbolçudur" Dünən, 17:48 Şəkidə kanat faciəsi ilə bağlı DİQQƏTÇƏKƏN MƏQAM: Nazirlikdən iki nəfərin öldüyü hadisə ilə bağlı AÇIQLAMA Dünən, 17:48 Bakıda qolları olmayan körpə doğuldu: Anası İMTİNA ETDİ Dünən, 17:48 Özəl bağçalara uşaqların qeydiyyatı başlayır Dünən, 17:48 Firuzə İbadova təcili əməliyyat olundu Dünən, 17:48 Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb Dünən, 17:48 90 min dollar kredit aldı, indi 217 min borcu var: Adına əlavə pul yazılıb? Dünən, 17:48 Bazarlarda sanitar böhran MÜZAKİRƏ EDİLDİ Dünən, 17:48 Azərbaycanda kursant VƏFAT ETDİ Dünən, 17:48 Yasamalda hazır mənzil almaq istəyənləri hansı seçimlər gözləyir? - ƏTRAFLI Dünən, 16:48 Xalq artisti Aleksandr Şarovski dəfn edilib Dünən, 16:48 SOCAR Xəzərdəki köhnə quyulardan neft sızıntılarının qarşısının alınması üçün proqram hazırlayacaq Dünən, 16:48 Şəkidə kanat faciəsi ilə bağlı DİQQƏTÇƏKƏN MƏQAM: Sığortaya imza atıblarmış Dünən, 16:48 "Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib Dünən, 16:48 Dünya Bankı Qrupu Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçə bilər Dünən, 16:48 BMT Azərbaycan müəssisələrinə kömək etmək istəyir Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR