24-09-2022, 17:47 693

Rövşən Nəcəf: “Bərpa olunan enerji resurslarının tətbiqi regionun enerji təhlükəsizliyini gücləndirəcək”

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan enerji resurslarının tətbiqi ilə regionda kiçik və orta biznes subyektlərinin inkişafına, məşğulluq səviyyəsinin yüksəldilməsinə və regionun enerji təhlükəsizliyinin gücləndirilməsinə dəyərli töhfə veriləcək.

“Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi məlumata görə, bunu bu gün SOCAR prezidenti Rövşən Nəcəf “Enerji və Dördüncü Sənaye İnqilabı” hakaton müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi zamanı bildirib.

R. Nəcəf müsabiqənin qaliblərini təbrik edərək hakatonun mövzusunun ölkəmizin strateji hədəfləri istiqamətində müəyyənləşdirildiyini, bu xüsusda Azərbaycanda yeni və innovativ ideyaların formalaşmasına, bərpa olunan enerji mənbələrinin inkişafına, yüksəkixtisaslı kadr potensialının gücləndirilməsinə dəstək olmaq məqsədi daşıdığını bildirib. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsinin dövlət başçısının müəyyənləşdirdiyi müasir inkişaf strategiyasının əsas tərkib hissəsi olduğunu vurğulayan SOCAR prezidenti, SOCAR-ın enerji keçidi, rəqəmsallaşma və innovasiya kimi strateji təşəbbüslərindən bəhs edən R. Nəcəf, alternativ enerji mənbələri, data analitika, süni zəka əsaslı qərarvermə, əşyaların interneti kimi sahələrdə gənclərin uğurlu çıxışından məmnunluğunu ifadə edib.

Mükafatlandırma mərasimində çıxış edən BANM-in rektoru Elmar Qasımov hakatonun istedadlı gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, innovativ ideyalarının təqdim olunması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Yarışda innovativ düşüncələrə sahib gənclərin maraqlı layihələr təqdim etdiklərini diqqətə çatdıran E. Qasımov müsabiqənin həm yeni dostluqların yaranması, həm də bilik mübadiləsi üçün əlverişli mühit yaratdığını bildirib.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Tamerlan Tağıyev gənclərin layihəyə olan böyük marağını vurğulayaraq müsabiqənin əhəmiyyəti barədə danışıb. Qlobal iqtisadiyyatda Dördüncü Sənaye İnqilabının və rəqəmsallaşmanın diktəedici və həlledici rolundan bəhs edən 4SİM-in icraçı direktoru bu prosesdə Azərbaycanın mövqeyinin gücləndirilməsinin və aparıcı ölkələr sırasında yer almasının qarşıda duran məqsədlərdən olduğunu bildirib.

T. Tağıyev innovativ ideyalara malik istedadlı gənclərə dəstək olmaq, ölkəmizdə rəqəmsal bilik və bacarıqları, həmçinin innovasiya ekosistemini inkişaf etdirmək üçün belə layihələrin gələcəkdə də keçirilməsinin planlaşdırıldığını qeyd edib.

Qeyd edək ki, “Enerji və Dördüncü Sənaye İnqilabı” hakaton müsabiqəsi Bakı Ali Neft Məktəbində (BANM) SOCAR və 4SİM birgə təşkilatçılığı ilə keçirilib.

Azərbaycanda, xüsusilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında “yaşıl” və rəqəmsal enerji texnologiyalarının tətbiqi, bərpa olunan enerji resurslarından istifadənin genişləndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi üçün innovativ ideyalara dəstək vermək məqsədilə təşkil olunan müsabiqə “enerji və əşyaların interneti”, “enerji və süni intellekt”, “enerji və rəqəmsal iqtisadiyyat” mövzularını əhatə edib.

Tədbirin əvvəlində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısını alarkən şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra “Enerji və Dördüncü Sənaye İnqilabı” hakatonu ilə bağlı video təqdimat nümayiş olunub.

Çıxışlardan sonra münsiflərə, mentorlara, könüllülərə və tədbirin təşkilatçılarına təşəkkürnamələr təqdim edilib. “Ən kreativ komanda” və “Ən əzmkar komanda” nominasiyaları üzrə həvəsləndirici mükafatlara “Outliers” və “DataMass” komandaları layiq görülüblər.

Daha sonra üçüncü, ikinci və birinci yerin qalibləri elan olunub. “Hydroponics” komandası birinci, “Zəngəzur” komandası ikinci, “Generation Z” komandası isə üçüncü yerin qalibi olub. Komandalara mükafatları SOCAR-ın prezidenti R. Nəcəf, 4SİM-in icraçı direktoru T. Tağıyev və BANM-in rektoru E. Qasımov təqdim ediblər.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR