25-10-2024, 13:15 473

Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsi ikiüzlülük və riyakarlığın son həddidir - RƏY

Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə ikiüzlülük və riyakarlığın son həddidir.

Bunu "AVESTA.AZ"a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O xatırladıb ki, Avropa Parlamenti xristian birliyidir və müsəlman ölkəsinin təəssübkeşliyini heç vaxt çəkməz:

"Ona görə də bu gün öz ərazilərinin suverenliyini təmin etmiş və müstəqil siyasət yürüdən Azərbaycan Avropa Parlamenti üçün lazım deyil. Onlara əzilmiş, asılı vəziyyətdə olan Azərbaycan lazımdır ki, özlərinin çirkin niyyətlərini ölkəmizdə reallaşdıra bilsin. Bu baxımdan, Avropa Parlamentinin qətnamələrini ikili standartların, sifarişlərin icrası və parlament tribunasının siyasi təzyiq üçün alətə çevrilməsinin göstəricisi hesab edirəm".

Milli Məclisin üzvü deyib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamənin mövzusu "Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüquqlarının pozulması və Ermənistanla münasibətlər" adlandırılır.

"Sual olunur, Avropa Parlamentinə Azərbaycanda vəziyyət nə vaxtdan maraqlı olub? Əgər onlara Azərbaycandakı vəziyyət maraqlı olsaydı, torpaqlarımız işğal olunanda, bir milyona yaxın qaçqın və məcburi köçkün şəraitsiz çadır düşərgələrində yaşayanda, xalqımıza qarşı soyqırımılar törədiləndə, dini-mədəni abidələrimiz, şəhər və kəndlərimiz dağıdılaraq talandıqda münasibət bildirərdilər. Biz 30 ildə Avropa Parlamentində bu məsələləri qaldırırdıq və Ermənistana qarşı tədbirlərin görülməsinə çağırışlar etdik. Amma onlar heç nə baş verməmiş kimi qaldırdığımız məsələlərin üstündən səssiz keçdilər", - deyə deputat əlavə edib.

Azər Badamov
Azər Badamov

A.Badamovun fikrincə, Avropa Parlamenti Azərbaycanın öz ərazilərini geri almağını, Ermənistanın dağıtdığı yaşayış məntəqələrini bərpa edərək keçmiş məcburi köçkünləri öz doğma yurduna qaytarmağını həzm edə bilmir:

"Azərbaycan qeyri-adi bir iş görməyib. Ölkəmiz sadəcə BMT TŞ-nin qətnamələrini icra edib. Qəbul etdikləri qətnamədə beynəlxalq hüququn pozulmasından danışan avropalı parlamentarilər 30 ildə bir milyon azərbaycanlının pozulmuş hüquqlarından niyə danışmadı? O cümlədən, Birinci Qarabağ Müharibəsində itkin düşmüş 4 min azərbaycanlının hüquqlarından niyə danışılmır? Həmin azərbaycanlıların bir hissəsi əsir götürülərək Ermənistanda qul kimi işlədilib, işgəncələrə məruz qalmışdı. Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra qarşılaşdığı mina terroru haqqında danışan olmadı. Ermənilərin basdırdıqları milyondan çox minaya düşərək həlak olmuş və ya xəsarət almış 400-ə yaxın azərbaycanlının yaşamaq haqqının pozulması deyilmi? Mina terrorunun bu gün də davam etməsi, minalanmış ərazilərin dəqiq xəritələrin verilməsi üçün Ermənistana niyə çağırış etmirsiniz?"

Avropa Parlamentinin riyakarlığının böyük olduğunu vurğulayan deputatın sözlərinə görə, Azərbaycana qarşı qətnamə qəbul edəndə hətta Avropa İttifaqının milli maraqları da nəzərə alınmır:

"Belə ki, Rusiyaya tətbiq etdiyi sanksiyaların bumeranq effekti verməsinə baxmayaraq, Avropa Komissiyasına Azərbaycanla 2022-ci ildə bağlanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında sazişə yenidən baxılmasını və Azərbaycandan qazın alınmasını dayandırılmasını deyirlər. Bu gün Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində yeganə alternativdir. Avropa Parlamenti Avropa İttifaqının enerji təhlükəsizliyinə kökündən balta vurmağına və enerji böhranının daha da dərinləşdirilməsinə çalışır. Təbii ki, bu məsələlər Avropa İttifaqı üçün yaxşı heç nə vəd etmir".

Azər Badamov onu da diqqətə çatdırıb ki, Avropa Parlamenti iqlim dəyişiklikləri ilə bağlı COP29-u da siyasiləşdirməyə çalışır:

"Bu konfrans dünyanı baş verə biləcək təbii fəlakətdən qorunması üçün qlobal həmrəyliyə nail olunmasına hesablanıb. COP29-u heç vaxt siyasi məsələlərlə eyniləşdirmək olmaz. Bu məsələ canlı aləmin gələcək mövcudluğu məsələsidir. Amma avropalı parlamentariləri gələcəyin mövcudluğu maraqlandırmır. Özlərinin gələcəyi ilə bağlı düşünmürlərsə, onlardan COP29-la bağlı da müsbət bir fikrin ifadəsini gözləməməliyik. Avropa Parlamenti, onun sifarişçiləri olan Fransa və digərləri Azərbaycanla siyasi təzyiq dilində danışa və addımladığımız ədalətli mövqeyimizdən heç vaxt çəkindirə bilməzlər".

Paylaş

Xəbər lenti

EIA 2027-ci il üçün Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb Bu gün, 00:48 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi Dünən, 23:48 Sabah Yasamal və Qaradağda qaz olmayacaq Dünən, 23:48 Motosikletlə toya gələn bəy və gəlin görənləri təəccübləndirdilər Dünən, 23:48 Sabah Bakının iki küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq Dünən, 23:48 15 ildən sonra doğulan nəvəsinə ad günü məclisi keçirməyə yığışıblarmış - Dəhşətli qəzanın yeni TƏFƏRRÜATI Dünən, 23:48 Baş nazirdən "Bakubus" MMC ilə bağlı QƏRAR Dünən, 22:48 Alimlər 2 min dərəcədən yüksək temperaturda yeni buz növü kəşf ediblər Dünən, 22:48 İranda dolların məzənnəsi yeni tarixi rekord qırdı Dünən, 22:48 Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ Dünən, 22:48 Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb Dünən, 22:48 AK Seutada miqrasiya böhranının aradan qaldırılması üçün İspaniyaya 114,7 milyon avro ayıracaq Dünən, 21:48 Ermənistan gələn ilin oktyabrına qədər "Ermənistan Elektrik Şəbəkələri"ni milliləşdirmək niyyətindədir Dünən, 21:48 Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - VACİB AÇIQLAMA Dünən, 21:48 Əhalinin NƏZƏRİNƏ: Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları DƏYİŞDİRİLDİ Dünən, 21:48 Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir Dünən, 21:48 Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq üzrə qərargah danışıqları keçirilib Dünən, 20:48 İslam Maxaçev "Qızıl top"un bu futbolçuya verilməsini istədi Dünən, 20:48 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR Dünən, 20:48 "Bu dövr artıq geridə qalıb" - Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya ilə münasibətlərin bərpasından danışıb Dünən, 20:48 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB Dünən, 20:48 Səfir: "İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır" Dünən, 19:48 "Yaşıl Teatr" və Bakı Şəhər Bələdiyyə Teatrının nazirliyin tabeliyinə verilməsi barədə Qərar imzalanıb Dünən, 19:48 Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən... Dünən, 19:48 Məclisdən evə qayıdarkən qəzaya düşüblər - Beş nəfərin yanaraq öldüyü hadisənin TƏFƏRRÜAT Dünən, 19:48 Xankəndidə növbəti əmək yarmarkası keçiriləcək Dünən, 18:49 İsmayıllıda toyda 30-dan çox şəxs NƏDƏN ZƏHƏRLƏNİB? - AÇIQLANDI Dünən, 18:49 Paytaxtda 18 istiqamətdə sıxlıq var Dünən, 18:49 Abşeronda kanalizasiya sularının yola axması ciddi narazılıq yaradıb Dünən, 18:48 Gəncə şəhərinin sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR Dünən, 18:48 Rusiya ilə Türkiyə XİN-ləri Cənubi Qafqaz və Ukraynadakı vəziyyəti müzakirə ediblər Dünən, 18:48 "Qarabağ" rəsmisi: "Abdullah Zubir istənilən kluba keçmək potensialına malik futbolçudur" Dünən, 17:48 Şəkidə kanat faciəsi ilə bağlı DİQQƏTÇƏKƏN MƏQAM: Nazirlikdən iki nəfərin öldüyü hadisə ilə bağlı AÇIQLAMA Dünən, 17:48 Bakıda qolları olmayan körpə doğuldu: Anası İMTİNA ETDİ Dünən, 17:48 Özəl bağçalara uşaqların qeydiyyatı başlayır Dünən, 17:48 Firuzə İbadova təcili əməliyyat olundu Dünən, 17:48 Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb Dünən, 17:48 90 min dollar kredit aldı, indi 217 min borcu var: Adına əlavə pul yazılıb? Dünən, 17:48 Bazarlarda sanitar böhran MÜZAKİRƏ EDİLDİ Dünən, 17:48 Azərbaycanda kursant VƏFAT ETDİ Dünən, 17:48 Yasamalda hazır mənzil almaq istəyənləri hansı seçimlər gözləyir? - ƏTRAFLI Dünən, 16:48 Xalq artisti Aleksandr Şarovski dəfn edilib Dünən, 16:48 SOCAR Xəzərdəki köhnə quyulardan neft sızıntılarının qarşısının alınması üçün proqram hazırlayacaq Dünən, 16:48 Şəkidə kanat faciəsi ilə bağlı DİQQƏTÇƏKƏN MƏQAM: Sığortaya imza atıblarmış Dünən, 16:48 "Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib Dünən, 16:48 Dünya Bankı Qrupu Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçə bilər Dünən, 16:48 BMT Azərbaycan müəssisələrinə kömək etmək istəyir Dünən, 16:48 "QHT işi": Qalib Bayramova şərti cəza verildi Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR