
Bu ilin noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi Bakı Olimpiya Stadionu tədbirdə qonaqlara iaşə xidmətləri göstərməyə hazırdır.
"Report" xəbər verir ki, konfransın keçirildiyi ərazidə 4 mətbəx fəaliyyət göstərir.
Mətbəxlərdə malların qəbulu, düzgün saxlanılması, ilkin emalı, bişirilməsi və qablaşdırılması həyata keçirilir. Mindən çox əməkdaşın fəaliyyət göstərdiyi qida sektorunda 56 yeni kafe və restoran fəaliyyət göstərəcək, mətbəxlərdə yerli və dünya təamları da olacaq.
COP29 formatına uyğun olaraq karbon izinin azaldılması üçün xaricdən idxal olan malların daşınması zamanı məsafə uzun olduğundan qida məhsullarında əsasən yerli məhsullara üstünlük veriləcək.
Qidaların sağlam və təhülkəsiz istehlakı üçün bütün işçilərin sağlamlıq vəziyyəti yoxlanılıb, müayinələrdən keçirilib.
Maraqlı məqamlardan biri də Azərbaycanın ev sahibliyi etdiyi iqlim konfrasında qida tullantıları yenidən emal olunmasıdır.
COP29 iştirakçılarının qidalanması üçün nəzərədə tutulan ərazilərdə 1 saatda 6 mindən çox şəxsə xidmət göstərilə bilər.
Foto: Vüqar Xanlarov
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.