31-10-2024, 19:01 480

Azərbaycan və Çex Respublikası parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 31-də Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçeklə görüşüb.

"AVESTA.AZ" xəbər verir ki, görüşdə ölkələr arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin siyasi, iqtisadi və humanitar aspektləri müzakirə edilib, ikitərəfli münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, o cümlədən parlament sədrləri və dostluq qrupları səviyyəsində təmasların əhəmiyyəti vurğulanıb.

S.Qafarova, parlamentlərarası əlaqələrin dövlətlərarası münasibətlərin inkişafında mühüm rolunu qeyd edərək, altıncı çağırış Milli Məclis dövründə Çex parlamenti ilə əməkdaşlığın genişlənməsinə xüsusi diqqət yetirildiyini vurğulayıb. O, VII çağırış dövründə də bu əməkdaşlığın davam etdiriləcəyinə inamını ifadə edib və parlamentlərin dostluq qrupları ilə profil komitələri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətinin və qarşılıqlı dəstəyinin mühüm olduğunu deyən parlamentin spikeri, parlamentlərarası əlaqələrdə obyektiv məlumatların paylaşılması baxımından qarşılıqlı məlumatlandırmanın inkişaf etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Gələn ay Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a hazırlıq prosesindən söz açan spiker S.Qafarova deyib ki, COP-29-un qlobal bir problemə və həmrəylik tələb edən bir məsələyə həsr olunduğunu nəzərə alaraq, tədbirin siyasiləşdirilməsi cəhdləri yolverilməzdir. Azərbaycan parlamentinin iqlim dəyişmələri kimi qlobal çağırışların həlli üzrə aparılan müzakirələrə parlament töhfəsinin təmin olunması istiqamətində səyləri haqda danışan spiker qeyd edib ki, Milli Məclis Parlamentlərarası İttifaqla birlikdə COP-29 çərçivəsində tədbirə qatılacaq parlamentarilər üçün iqlim dəyişikliyi ilə mübarizədə geniş fikir mübadiləsi aparmaq və birgə mövqedən çıxış etmək imkanı yaradacaq Parlament toplantısı keçirməyi planlaşdırır.

Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Milan Sedlaçek, spiker Sahibə Qafarovanı Milli Məclisin VII çağırışında yenidən sədr seçilməsi münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Qonaq, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən qanunverici orqanlar arasında əməkdaşlıqdan məmnun olduğunu, bu əlaqələrin davam etdiriləcəyinə əminliyini ifadə edib. COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran səfir, Çexiyanın bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını bildirib, bu tədbirin iqlim dəyişikliyi ilə bağlı qlobal əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Paylaş

Xəbər lenti

Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Bu gün, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Bu gün, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Bu gün, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Bu gün, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Bu gün, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Bu gün, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Bu gün, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Bu gün, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Bu gün, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR