
Azərbaycanın bərpa olunan olunan enerjinin ixracını balanslaşdırmaq bacarığı var.
"Report" xəbər verir ki, bunu noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) kuluarlarında jurnalistlərə açıqlamasında İrlandiyanın ətraf mühit, iqlim, rabitə və nəqliyyat naziri Eamon Ryan bildirib.
"Azərbaycanın bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Mən çox şadam ki, Azərbaycanda bərpa olunan enerjinin miqyasını dərk edirlər və onu inkişaf etdirmək istəyirlər. Bərpa olunan enerji mənbələrinin inkişafı dünya üçün sülh deməkdir", - deyə o qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.