
Kürdəmir rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
"AVESTA.AZ"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Zərdab-Kürdəmir yolunun rayonun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobillə motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.