
Sabirabad rayonunda qadın dəm qazından boğulub.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Axtaçı-Muğan kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini, 1982-ci il təvəllüdlü Əliyeva Pərvanə Əlimərdan qızı yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.