5-12-2024, 19:30 322

Pərviz Şahbazov:

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 39-cu görüşü 2025-ci ilin mayın 28-nə təyin edilib.

"Report" xəbər verir ki, bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, energetika naziri Pərviz Şahbazov OPEC-in onlayn formatda keçirilən 38-ci iclasında iştirak edib. “OPEC+” ölkələri neft bazarındakı cari vəziyyəti müzakirə edərək 2026-cı ilin sonunadək hasilat göstəricilərini 39,7 milyon barel həcmində müəyyən ediblər. Bu razılaşmanı Azərbaycan da dəstəkləyib. Azərbaycanın gündəlik 551 min barel həcmində olan mövcud xam neft hasilatı kvotası isə bu dövrdə sabit saxlanılacaq.

Həmçinin 8 ölkənin - Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Omanın 2023-cü ilin aprel və noyabr aylarında elan edilmiş könüllü öhdəliklərinin davam etdirilməsi razılaşdırılıb. Beləliklə, 8 ölkə tərəfindən 2023-cü ilin aprel ayında elan edilmiş gündəlik 1,65 milyon barel əlavə könüllü öhdəliklər 2026-cı ilin dekabrın, 2023-cü ilin noyabrında elan edilmiş gündəlik 2,2 milyon barel əlavə könüllü ixtisarlar isə 2025-ci ilin martın sonuna qədər qüvvədə qalacaq. Bu ölkələrin 2,2 milyon barellik ixtisarları 2026-cı ilin sentyabrın sonuna qədər aylıq olaraq mərhələli şəkildə ləğv ediləcək.

İclasda iştirakçı ölkələrin hasilatının üç müstəqil mənbə tərəfindən qiymətləndirilməsi müddətinin 2026-cı ilin noyabr ayının əvvəlinə qədər, həmçinin kompensasiyalar üzrə son tarixin həmin ilin iyun ayının sonunadək uzadılması barədə də razılıq əldə edilib.

P. Şahbazov “OPEC+” formatında tənzimləmə mexanizminin qlobal neft bazarında sabitliyin qorunub saxlanmasında mühüm rolundan, xüsusilə Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun sədrliyi ilə bu əməkdaşlığın töhfələrindən bəhs edib. Bu təşəbbüsə “Əməkdaşlıq Bəyannaməsi”nin digər ölkələri də qoşulub və bu məqam iclasın yekun sənədində də əks olunub.

18:40

"OPEC+" ölkələri 2026-cı ilin sonuna qədər gündəlik 39,7 milyon barel xam neft hasilatı ilə bağlı razılaşma əldə edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

"Razılaşmaya əsasən, bu müddət ərzində Azərbaycanın hasilat kvotası dəyişməz qalacaq. Bununla yanaşı, 8 ölkə 2023-cü ilin aprel ayında elan edilən gündəlik 1,65 milyon barel əlavə könüllü ixtisar öhdəliklərini 2026-cı ilin dekabrına, 2023-cü ilin noyabrında elan edilən gündəlik 2,2 milyon barel əlavə könüllü ixtisarları isə 2025-ci ilin mart ayının sonuna qədər davam etdirəcəklər", - nazir bildirib.

Həmçinin, bu ölkələrin gündəlik 2,2 milyon barel ixtisarları 2026-cı ilin sentyabr ayının sonuna qədər mərhələli şəkildə ləğv ediləcək.

P. Şahbazov qeyd edib ki, "OPEC+" ölkələrinin bu razılaşmaları qlobal neft bazarının dayanıqlığını təmin etmək və neft sənayesinin davamlı inkişafına dəstək vermək baxımından mühüm əhəmiyyət daşıyır.

Paylaş

Xəbər lenti

Eldar Rəsulov: WUF13 Festivalı Azərbaycanın digər bölgələrində də təşkil olunacaq Dünən, 23:48 WUF13 Festivalının ictimai proqramına 9 mindən çox iştirakçı qatılıb Dünən, 23:48 ABŞ Kubada hərbi əməliyyat keçirmək imkanını araşdırır Dünən, 23:48 Qərbi Azərbaycan İcmasında qaçqınların qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans keçirilib Dünən, 23:48 "OPEC+" iyun ayı üçün neft hasilatı kvotasının artırılmasını razılaşdırıb Dünən, 22:48 Ailəsini amansızlıqla qətlə yetirən Əhməd müalicə aldığı müəssisədən qaçıb? Dünən, 22:48 İran ABŞ ilə sülh planını Pakistana təqdim edib Dünən, 22:48 Premyer Liqa: "İmişli" "Araz-Naxçıvan"a qalib gəlib Dünən, 21:48 Səfirlik: Karlonun Ağdam və Füzuliyə səfəri ABŞ-Azərbaycan əməkdaşlığının genişləndiyini təsdiqləyir Dünən, 21:48 Lənkəranda keçirilən WUF13 Festivalı başa çatıb Dünən, 21:48 XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi çaylarda sululuq artacaq Dünən, 20:48 "Airblue" Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır Dünən, 20:48 Yılmaz: Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması çox önəmlidir Dünən, 20:48 Nazir: "Sosial rifahın yüksəldilməsi üzrə mühüm nailiyyətlər əldə olunub" Dünən, 19:48 Qeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı: Meyvə BAHALAŞACAQ? Dünən, 19:48 İran ABŞ-ni ölkə daxilində qeyri-sabitlik yaratmağa çalışmaqda günahlandırıb Dünən, 19:48 "Heydər Əliyev kuboku-2026": Azərbaycanın səkkiz boksçusu turnirə qələbə ilə başlayıb Dünən, 19:48 Vaşinqtonla Tehran arasında münaqişə yenidən alovlana bilər - İran rəsmisi AÇIQLADI Dünən, 18:48 Premyer Liqa: "Kəpəz" "Sumqayıt"ı məğlub edib Dünən, 18:48 Qidalanma vərdişləri qastrit və xoraya necə təsir edir? Dünən, 18:48 WUF13: Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti mövcuddur Dünən, 18:48 DİN: Axtarışda olan 200 nəfər saxlanılıb Dünən, 18:48 Azərbaycan və Pakistan arasında həftəlik birbaşa uçuşların ümumi sayı 10-a çatır Dünən, 17:48 "Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal qazanıb Dünən, 17:48 Botaqoz Bermuhambetova: "Qazaxıstan təhsil sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirir" Dünən, 17:48 Anasının xəstəliyindən danışan Fatimə ağladı Dünən, 17:48 Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq Dünən, 17:48 Sumqayıt-Pirşağı yolunda qəza: Avtomobil ÇUXURA DÜŞDÜ Dünən, 17:48 Qazaxıstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayı son bir ildə iki dəfə artıb Dünən, 17:48 Tovuzda 73 yaşlı kişi faciəli şəkildə öldü Dünən, 17:48 İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək Dünən, 17:48 "Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib Dünən, 17:48 Bu zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB Dünən, 16:48 "Formula-1"in sabiq pilotu vəfat etdi Dünən, 16:48 Xəzər rayonunda soyğunçuluq edən şəxs həbs edilib Dünən, 16:48 Sülhə doğru növbəti addım Dünən, 16:48 Azərbaycanda tükürpərdən olay: Qadın ərinin məzarı üzərində öldü Dünən, 16:48 Çili diplomatı: "2026-cı il üçün məqsəd - Azərbaycanla ticarət əlaqələrinin inkişafıdır" Dünən, 16:48 Tanınmış müğənni: "Səhnəyə çıxmasam belə, aylıq gəlirim 200 000-dir" Dünən, 16:48 Biləsuvarın bu kəndində daxili yollar təmir olunacaq Dünən, 16:48 Səfir: "Niderland Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır" Dünən, 15:48 Gəncədə zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB Dünən, 15:48 Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub Dünən, 15:48 Məşhur aktyor şəhər həyatından imtina edib, kəndə köçdü Dünən, 15:48 Türkiyədə eyni anda 198 nəfər saxlanıldı - ANBAAN GÖRÜNTÜ Dünən, 15:48 Yuri Qusev: Azərbaycanın Qarabağın bərpası üzrə təcrübəsi Ukrayna üçün faydalı ola bilər Dünən, 15:48 Bu tarixdə Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ Dünən, 15:48 Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR