
UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmiş "Təndir sənətkarlığı və çörək bişirmə mədəniyyəti" nominasiyasının sertifikatı xüsusi mərasimdə rəsmi şəkildə Azərbaycana təqdim olunub.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO-dakı Milli Komissiyası "X" səhifəsində məlumat yayıb.
Təqdimetmə Paraqvayın Asunsion şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyası çərçivəsində baş tutub.
Bu nailiyyət Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı ənənələrin beynəlxalq səviyyədə qəbulunun və mədəni irsimizin geniş şəkildə tanıdılmasının növbəti təzahürüdür.
Paraqvayın Asunsion şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyasında zəngin mədəniyyətini dünya miqyasında tanıdan əlamətdar bir hadisə baş verdi. Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ…
— National Commission of Azerbaijan for UNESCO (@UNESCO_AZ)
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.