9-12-2024, 17:28 425

FHN-in Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsi taktiki-xüsusi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin (MUSAR AZE-01) iştirakı ilə Hövsan qəsəbəsində genişmiqyaslı taktiki-xüsusi təlim keçirilib.

"Report" xəbər verir ki, təlimdə nazirliyin axtarış-xilasetmə qüvvələri ilə yanaşı, Tibb Xidmətinin və Aviasiya Dəstəsinin texnika və qüvvələri, fövqəladə hallar könülləri də iştirak ediblər.

Təlim zamanı əsas səylər beynəlxalq idarəetmə sistemlərinin və müasir axtarış-xilasetmə üsullarının tətbiqinə, eləcə də aviasiya nəqliyyatı vasitələri tətbiq olunmaqla mürəkkəb tapşırıqların icrasına yönəldilib.

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən uğurla keçən Dəstənin peşəkar hazırlığının daha da artırılması, idarəetmə, koordinasiya, logistika, tibb və axtarış-xilasetmə bölmələrinin beynəlxalq humanitar əməliyyatlara hazırlığını və bu sahədə fəaliyyət planlarının təkmilləşdirilməsi, o cümlədən baş verə biləcək fəlakətlər zamanı cavabvermə reaksiyasının davamlılığını təmin etmək təlimin əsas məqsədini təşkil edib.

İki mərhələdə keçirilən təlimin birinci mərhələsində Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin qüvvələrinin beynəlxalq humanitar əməliyyatlarda iştirakı barədə qərarın qəbul edilməsi, bu məqsədlə bölmələrin hazır vəziyyətə gətirilməsi, logistika, gömrük və sərhədkeçmə prosedurlarının icrası, “fəlakət bölgə”sinə yürüşün həyata keçirilməsi, ikinci mərhələdə isə “fəlakət bölgəsi”ndə əməliyyat bazasının yaradılması, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, dağıntılar altından və hündürlükdən xilasetmə, zərərçəkənlərə ilkin tibbi yardımın göstərilməsi, aviasiya nəqliyyatı tətbiq olunmaqla zərərçəkənin təxliyəsi üzrə tapşırıqlar icra edilib. Təlim zamanı müasir cihaz və avadanlıqların tətbiqi, təhlükəsizlik qaydalarına riayət olunması, həyat və sağlamlığın qorunması üzrə tədbirlərin icrası da diqqət mərkəzində saxlanılıb.

Təlimə şərti olaraq “fəlakət” baş verməsi haqqında məlumatı əldə etdikdən sonra Dəstənin şəxsi heyətinə həyəcan siqnalı elan olunduqdan sonra əvvəlcədən təyin olunmuş toplanma məntəqəsində qısa zaman ərzində toplanması ilə start verilib. “Fəlakət baş verən ölkə”yə yola düşməzdən əvvəl Dəstənin şəxsi heyətinin tibbi yoxlanışdan keçməsi, eləcə də fəlakət bölgəsinə çıxış və logistik məsələlərin müzakirə olunması məsələləri humanitar əməliyyata hazırlıq prosesində öz əksini tapıb.

Dəstə “fəlakət bölgəsi”ndə “Əməliyyatlar bazası (BoO)”, “Qəbuletmə-yolasalma məntəqəsi (RDC)” və “Şəhər koordinasiya mərkəzi”nin (UCC) fəaliyyətini təmin edərək fəlakətdən zərərçəkmiş ərazilərdə axtarış-xilasetmə işlərini həyata keçirib.

Bundan başqa, “zərərçəkənlər”ə ilkin tibbi yardımın və ixtisaslaşmış yardımın göstərilməsi məqsədilə ərazidə mobil-səhra hospitalı açılıb. Mobil-səhra hospitalı beş funksional bölmədən: qəbul-çeşidləmə, laboratoriya, reanimasiya, sarğı və iki əməliyyat blokundan ibarət olmaqla yaralı və xəstələrin müayinəsi, müxtəlif əməliyyatların icrası və müalicəsi işlərinin həyata keçirilməsi imkanlarına malik olub.

Təlim zamanı “Təlimə nəzarət heyəti"nin (EXCON) fəaliyyəti də geniş şəkildə təşkil edilərək əməliyyatların idarə olunması və təlimin hər bir mərhələsində nəzarətin təmin olunmasında mühüm rol oynayıb.

Təşkil olunan taktiki-xüsusi təlim vasitəsilə Dəstənin yüksək təchizat və peşəkarlığı, o cümlədən helikopter vasitəsilə zərərçəkmişlərin xilas edilməsi, dağıntılar altında qalan yaralılara ilkin tibbi yardımın və cərrahi müdaxilənin tətbiq edilməsi ilə beynəlxalq humanitar əməliyyatlar zaman insan həyatını xilasetmə və effektiv müda­xilələrə hazırlıq nümayiş etdirilib.

FHN-in Baş Əməliyyat İdarəsinin rəis müavini, polkovnik Ələsgər Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, təlimdə nazirliyin 110 nəfər şəxsi heyəti və 15 texnikası cəlb edilib:

"Təlimin birinci hissəsində nazirliyin bölmələrinin aztarış-xilasetməyə cəlb olunması ilə bağlı qərar qəbul edilib. Bu məqsədlə idarəetmə və qarşılıqlı fəaliyyət təşkil edilib. Eyni zamanda ikinci hissədə dağıntılar altında axtarış-xilasetmənin həyata keçirilməsi, o cümlədən zərərçəkənin aviasiya qüvvələri tədbiq edilərək ərazidən təxliyə edilməsi tapşırıqları yerinə yetirilib".

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsi sentyabrın 25-də BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) beynəlxalq dərəcəli ekspertlərin iştirakı ilə keçirilən sinifləndirilməsindən uğurla keçərək beynəlxalq sertifikata (MUSAR AZE-01) layiq görülüb.

Foto: Vüqar Xanlarov

Paylaş

Xəbər lenti

Vyetnam Prezidenti: "Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" Bu gün, 12:48 Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır" Bu gün, 12:48 Qırğızıstanın səhiyyə naziri həmkarını əməliyyat edib Bu gün, 12:48 Gəncədə tanınmış riyaziyyatçı alim vəfat edib Bu gün, 12:48 Azərbaycan millisinin futbolçusu İtaliya klubu ilə müqaviləsini uzatdı Bu gün, 12:48 Maşın almaq arzusu ilə kredit götürdü, pulu oğurlandı Bu gün, 12:48 İrandan qanunsuz gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb - DİN-dən böyük ƏMƏLİYYAT Bu gün, 12:48 Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib Bu gün, 11:48 Beyin qocalmasının qarşısını almağın sadə yolu açıqlandı Bu gün, 11:48 Rusiyada hovuzda xlor sızması: 15 nəfər zəhərləndi Bu gün, 11:48 Hövsanda maşın şirniyyat mağazasına çırpılıb Bu gün, 11:48 Osimhen "Mançester Yunayted"ə gedir? - İngilislərdən transfer iddiası Bu gün, 11:48 Harri Keyn 3 ay yaşıl meydanlardan uzaq qala bilər Bu gün, 11:48 Bakıda 74 yaşlı kişi futbol oynayarkən stadionda ölüb Bu gün, 11:48 Polis yola çıxan sürücülərə müraciət edib Bu gün, 11:48 Braziliyada güclü qasırğa: 3 nəfər ölüb, 60-dan çox insan yaralanıb Bu gün, 11:48 İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub Bu gün, 11:48 Uşağına aliment ödəməyən qadın cəzalandırıldı Bu gün, 11:48 Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub Bu gün, 09:48 Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib Bu gün, 09:48 İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub Bu gün, 09:48 Türkiyədə 24 vilayət üçün hava xəbərdarlığı edilib Bu gün, 09:48 Mənzildən yüksəkrütbəli zabitin meyitinin tapılmasının təfərrüatı Bu gün, 09:48 Hikmət Hacıyev vyetnamlı müğənninin "Ey Vətən" ifası barədə: Əla tələffüz, gözəl ifa Bu gün, 09:48 Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub Bu gün, 08:48 Şəhid ailələri və qazilərin yaşadığı məhəllədə təhlükə: "Uşağı az qala tülkü aparacaqdı" Bu gün, 00:48 Ağdamın bunkerləri, erməni generalları və 5 müdafiə xətti Bu gün, 00:48 ABŞ Prezidenti: İran məni qane edəcək şərtlərlə saziş bağlamağa hələ hazır deyil Bu gün, 00:48 ABŞ lideri: Putin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə çalışır Bu gün, 00:48 Tramp və Si Cinpin hərbi əməliyyatlarda AI-ın tətbiqini məhdudlaşdırmaq barədə razılığa gəliblər Bu gün, 00:48 Tanınmış həkim həbs olundu Bu gün, 00:48 Azərbaycanın üç ABŞ universiteti ilə aqrar sahədə əməkdaşlıq imkanları müzakirə olunub Bu gün, 00:48 "Haber Global"da müzakirə: Orta dəhliz hazırda bütün dünyaya nəfəs aldıracaq bir sahə açır Dünən, 22:48 Dövlət Xidməti: Uşaq Fondunun "Hökumət evi"ndən çıxarılması ilə bağlı məlumatlar təhrif olunub Dünən, 22:48 Xocalı soyqırımında səkkiz aylıq hamilə gəlini öldürülən, əsirlikdə ağır işgəncələr görən Salman Abbasov vəfat etdi Dünən, 22:48 Bakıda villada qanlı hadisə Dünən, 22:48 Tramp ABŞ, Rusiya və Çin liderlərinin görüşünü "üçlük sammiti" adlandırıb Dünən, 22:48 UKMTO: Yəmən yaxınlığında quru yük gəmisi hücuma məruz qalıb Dünən, 21:48 Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb Dünən, 21:48 Şahin Əliyev: "Rəqəmsal hökumət sahəsində beynəlxalq mövqeyimiz güclənir" Dünən, 21:48 BDU tələbələri Məleykə Abbaszadədən nə gözləyirlər? Dünən, 21:48 Qubanın iki kəndini rayon mərkəzi ilə birləşdirən yol yararsız vəziyyətə düşüb Dünən, 21:48 Bakı və London hərbi əməkdaşlığı genişləndirir: Yeni bəyannamə nəyi dəyişəcək? Dünən, 20:48 Bakıda mağazadan oğurluğa cəhd edən qadınların kimliyi müəyyənləşdi Dünən, 20:48 Fərda İmanov vəzifəsindən azad olundu Dünən, 20:48 İsrail ordusu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi: Yeni hücum gözlənilir Dünən, 20:48 Alyona Əliyeva "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışından paylaşım edib Dünən, 19:48 Azərbaycanın hüdudlarından kənarda terror təşkilatının fəaliyyətində iştirak edən şəxslər həbs edilib Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR