12-12-2024, 11:10 400

İcma rəsmisi: Qərbi azərbaycanlılar qayıdış hüququndan istifadə etmək üçün bütün postulatlara cavab verirlər

Qərbi Azərbaycanlılar Ümumdünya İnsan Hüquqları Bəyannaməsində əks olunan qayıdış hüququndan istifadə etmək üçün bütün postulatlara cavab verirlər.

Bunu BMT-nin qayıdış hüququ prinsipinin Qərbi azərbaycanlılara necə şamil olunması ilə bağlı “AVESTA.AZ”un sorğusunu cavablandıran Qərbi Azərbaycan İcması (QAİ) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülviyyə Zülfiqar deyib.

Onun sözlərinə görə, müvafiq beynəlxalq konvensiyalarda öz əksini tapan konkret müddəalar Ermənistandan zorla deportasiya olunmuş Qərbi azərbaycanlıların öz yurdlarına qayıdış hüququnu tanıyır:

“Birləşmiş Millətlər Təşkilatının insan hüquqları və beynəlxalq hüquq sahəsində qəbul etdiyi mühüm prinsiplərdən biri olan qayıdış hüququ Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinin 2-ci bəndində qeyd olunur. Bu bənddə açıq mətnlə deyilir: “hər kəsin öz ölkəsi daxilində sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququ var” və “hər kəsin öz ölkəsinə qayıtmaq hüququ vardır”.

Bundan başqa, 1948-ci il tarixli BMT-nin Qaçqınların Statusu haqqında Konvensiyası və digər beynəlxalq sənədlər də qayıdış hüququnu dəstəkləyir. Bu prinsip əsasən məcburi köçkünlərə, qaçqınlara və vətənlərindən qovulmuş şəxslərə şamil olunur. Evlərindən zorla çıxarılan - etnik təmizləmə, müstəmləkəçilik və ya digər qanunsuz hərəkətlər nəticəsində vətənlərindən qovulmuş şəxslər də bu prinsipdən yararlana bilər”.

QAİ sözçüsü bildirib ki, Qərbi azərbaycanlıların qayıdış hüququ yalnız fərdi deyil, həm də tarixi ədalətin bərpası üçün mühüm prinsipdir:

“Digər tərəfdən, tarixi torpaqlarında mülkiyyət hüququ olan, lakin zorla köçürülmüş şəxslər də qayıdış hüququndan istifadə edə bilər. Bu, həm fərdi mülkiyyət hüququnun bərpasını, həm də tarixi ədalətin təmin edilməsini nəzərdə tutur. Belə olduğu halda indiki Ermənistan ərazisindən həm etnik təmizləmə nəticəsində zorla qovulan, həm də tarixi torpaqlarında mülkiyyət hüquqları olan şəxslər kimi Qərbi Azərbaycanlılar qayıdış hüququndan yararlana bilər. Bundan əlavə, qayıdış hüququ yalnız fərdi deyil, həm də tarixi ədalətin bərpası üçün mühüm prinsipdir”.

Ü.Zülfiqar qeyd edib ki, Ermənistandan qovulan Qərbi azərbaycanlılara dəyən maddi-mənəvi zərərin qarşılanması heç bir halda geri qayıdışın əvəzlənməsi kimi qiymətləndirilə bilməz:

“Bu halda geri qayıdan insanların yalnız öz doğma torpaqlarına dönməsi deyil, həm də onlara qarşı törədilmiş hüquq pozuntularının beynəlxalq səviyyədə tanınması və kompensasiyasından söhbət gedir. Təbii ki, bu kompensasiya deportasiya olunan şəxslər yalnız öz evlərinə qayıtdıqdan sonra onlara dəyən maddi-mənəvi zərərin qarşılanması, dağıdılan mülkiyyətlərinin bərpasını nəzərdə tutur və əsla geri qayıdışın əvəzlənməsi kimi qiymətləndirilə bilməz.

Yəni Qərbi azərbaycanlılar BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsində əks olunan qayıdış hüququndan istifadə etmək üçün burada qeyd edilən bütün postulatlara cavab verirlər. Onların geri qayıdışını təmin etmək Ermənistan tərəfinin öhdəliyidir və bu öhdəlikdən yayınmaq sözügedən ümumbəşəri prinsipi pozmaq deməkdir. Geri qayıdışın təmin edilməsi üçün beynəlxalq ictimaiyyətin bu istiqamətdə vahid mövqeyi də zəruridir”.

Paylaş

Xəbər lenti

Bakıdakı bu ərazidə evlər işarələnib, 2700 manatdan kompensasiya təklif olunub Bu gün, 12:48 FIFA prezidenti Canni İnfantino Azərbaycana gəlib Bu gün, 12:48 Azərbaycanda "Cisco" akademiyası yaradıla bilər Bu gün, 12:48 Ağamirzə vəsiyyətini açıqladı: "3, 7, 40 məclislərində yemək verilməsin" Bu gün, 12:48 SOCAR-ın idarəsi 8 ayda qeyri-neft ixracından 207 milyon dollardan çox gəlir əldə edib Bu gün, 12:48 Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib Bu gün, 12:48 Bakıya 4 milyonluq briliant keçiirmək istdədi, qarşısı alındı Bu gün, 12:48 Canni İnfantino İlham Əliyevə idman köynəyi hədiyyə etdi Bu gün, 12:48 "SOCAR Polymer" 8 ayda ixracdan 176 milyon dollara yaxın gəlir əldə edib Bu gün, 12:48 İlk dəfə ailə quran 42 yaşlı aktrisa: "Çox xoşbəxtəm" Bu gün, 12:48 Putin Rus ordusunun şəxsi heyət sayını artırdı – 2,44 milyon nəfərə çatdı Bu gün, 11:48 Ağsuda meşədə yanğın törədən şəxs saxlanıldı Bu gün, 11:48 "İstanbullu Gelin"dəki hadisə gerçək oldu - Aslı Enver Praqaya köçür Bu gün, 11:48 FHN-in nəzarət etdiyi çimərliklərdə sudaboğulma halı olub? - RƏSMİ AÇQLAMA Bu gün, 11:48 Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi Bu gün, 11:48 Bu il subasma zonasından təxliyə olunan vətəndaşların sayı açıqlandı Bu gün, 11:48 Qazi aşpazın ölüm səbəbi - Şüşəyə yumruq vurubmuş... Bu gün, 11:48 Xəzərdə insanların batma təhlükəsi daha çox olan ərazilər - SİYAHI Bu gün, 11:48 "Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu Bu gün, 11:48 150 min manatdan çox vəsait belə yoxa çıxıb: Lənkəranda şübhəli saxlanıldı Bu gün, 11:48 Azərbaycanın tanınmış iqtisadçı-eksperti vəfat etdi Bu gün, 11:48 Məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT Bu gün, 10:48 Ançelotti tənqidlərə cavab verdi: "Bu, gələcəklə bağlı düşüncələrimi dəyişmir" Bu gün, 10:48 Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilk dəfə BMT platformasında gündəmə gətirilib Bu gün, 10:48 At arabalarının iştirakı ilə baş verən qəzalarda 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb Bu gün, 10:48 Azərbaycanda bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib Bu gün, 10:48 Samir Bağırov bu səbəbdən depressiyaya düşüb Bu gün, 10:48 Bu gün Azərbaycan turizm işçilərinin peşə bayramıdır Bu gün, 10:48 Dövlət qurumunda YENİ TƏYİNAT - FOTO Bu gün, 10:48 "Petkim"in etilen istehsalı 2 dəfə artırıla bilər Bu gün, 10:48 Yankoviç İrəvanda Ermənistan yığmasına qarşı Bu gün, 10:48 Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı Bu gün, 10:48 Xamenei: İran xalqı Hörmüz boğazını qorumaqda qərarlıdır Bu gün, 09:48 Sabirabadda qadın piyadanı avtomobil vurub öldürdü Bu gün, 09:48 Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü - TƏFƏRRÜAT Bu gün, 09:48 Bakının bu rayonunda işıq olmayacaq Bu gün, 09:48 Manatın məzənnəsi ilə bağlı vacib açıqlama - Növbəti ildə... Bu gün, 09:48 "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək Bu gün, 09:48 Azərbaycanlı aparıcının TOYUNDAN GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA Bu gün, 09:48 UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub Bu gün, 08:48 Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI Bu gün, 08:48 Leyla Əliyeva Romada "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib Bu gün, 08:48 Bakıda 17 istiqamətdə tıxac yaranıb Bu gün, 08:48 Əmlak bazarında qiymətlər yenidən artacaq - PROQNOZ Bu gün, 08:48 Azərbaycan Alban-Udi İcmasının nümayəndələri Xudavəng Monastırında Bu gün, 08:48 Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb Bu gün, 00:48 Əməkdar artistdən ETİRAF: "Mənim öz həyatım yoxdur" Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR