
Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatlarında fəal iştirak edib.
"AVESTA.AZ" xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov Nazirliyin yaradılmasının 19-cu ildönümü münasibətilə keçirilən iclasda deyib.
O bildirib ki, Türkiyənin müxtəlif bölgələrdə uçuşlar həyata keçirərək yanğın ocaqlarına ümumilikdə 400 tona yaxın su töküb və qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.