16-12-2024, 17:17 664

Prezident hakimlərin qiymətləndirilmə komitəsinin yaradılmasını təsdiqləyib

Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

"Report" xəbər verir ki, Qanuna əsasən, ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslər təyin olunduqdan dərhal sonra təlimə cəlb ediləcəklər.

Hakim vəzifəsinə namizədlər test imtahanı, yazılı imtahan və müsahibə əsasında seçiləcəklər. İmtahanlar və müsahibə Hakimlərin Seçki Komitəsi tərəfindən təşkil olunacaq. İmtahanlar və müsahibənin nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən qiymətləndiriləcək. Hakimlərin Seçki Komitəsi bu işə özünün formalaşdırdığı ad hoc komissiyanı cəlb edə bilər.

Hakimlərin Seçki Komitəsi imtahanlardan və müsahibədən müvəffəqiyyətlə keçmiş namizədləri topladıqları ballara uyğun sıralayacaq.

Namizədlərin qiymətləndirilməsinin nəticələri Məhkəmə-Hüquq Şurasına təqdim olunacaq. Məhkəmə-Hüquq Şurası namizədlərin vakant hakim vəzifələrinin sayına müvafiq olaraq hakim vəzifəsinə təyin edilmələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdimat verəcək.

Qiymətləndirmə nəticəsində səlahiyyətləri uzadılmamış şəxslər 5 il müddətində hakim vəzifəsinə namizədlərin seçilməsi üçün imtahanlarda və müsahibədə iştirak edə bilməzlər.

Vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydaları Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən ediləcək.

Daha bir dəyişikliklə Məhkəmə-Hüquq Şurasının hüquqlarının artırılması ilə bağlıdır.

Sənədə əsasən, Məhkəmə-Hüquq Şurasının hüquqları sırasına aşağıdakılar daxil edilir:

- vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydalarını müəyyən etmək;

- Hakimlərin Qiymətləndirilməsi Komitəsi haqqında Əsasnaməni təsdiq etmək və Hakimlərin Qiymətləndirilməsi Komitəsini formalaşdırmaq;

- İlk dəfə 3 il müddətinə təyin olunan hakimlərin müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisələrində təlimə cəlb edilməsi qaydalarını müəyyən etmək;

- məhkəmə hakimiyyəti orqanlarının və Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibələrin nəticələrindən verilən şikayətlərə baxılması üçün Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasını yaratmaq.

Məhkəmə-Hüquq Şurasının vəzifələri sırasına isə Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının Əsasnaməsini təsdiq etmək daxil olunub.

Paylaş

Xəbər lenti

Təbrizdə azərbaycanlı hakim və ailə üzvlərinin qətl səbəbi məlum olub Bu gün, 00:48 Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım Bu gün, 00:48 Qarakənd faciəsindən 35 il ötür Bu gün, 00:48 Ağdamın işğaldan azad olunmasından 6 il ötür Bu gün, 00:48 CEV Çelenc Kuboku: "Ordu" 1/32 final mərhələsinin cavab görüşündə qələbə qazanıb Dünən, 23:48 Minskdə Rusiya və Gürcüstan arasında diplomatik görüş keçirilib Dünən, 23:48 Ermənistan və Türkiyə yeni körpü tikməyi planlaşdırırlar Dünən, 23:48 Zelenski: Avropa ölkələri Rusiya ilə növbəti danışıqlarda iştirak edəcəklər Dünən, 23:48 XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk Dünən, 22:48 Paşinyan jurnalisti təhqir etdi, məhkəmə ilə hədələdi Dünən, 22:48 Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir Dünən, 22:48 Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı Dünən, 22:48 SEPAH: İran ABŞ-nin Avropadakı bazalarına zərbələr endirmək iqtidarındadır Dünən, 22:48 Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib Dünən, 21:48 Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb Dünən, 21:48 Emin Əmrullayev Məleykə Abbaszadəni BDU-nun kollektivinə təqdim etdi Dünən, 21:48 Türkiyə dünya aviasiya tarixində ilkə imza atdı Dünən, 21:48 Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib Dünən, 21:48 "Eternity-2026" təlimi çərçivəsində Azərbaycanla Gürcüstanın nümayəndələri görüşüb Dünən, 20:48 Bakıda avtobusdan istifadə edənlərə VACİB XƏBƏRDARLIQ - 20 noyabr saat 00:00-dan... Dünən, 20:48 TRIPP layihəsi üzrə ilkin texniki-iqtisadi əsaslandırmanın nəticələri təqdim olunub Dünən, 20:48 Vəkil Orxan Kəngərli həbs edildi Dünən, 20:48 Ermənistan və Türkiyə Marqara sərhəd məntəqəsində ikinci körpü tikməyi planlaşdırır Dünən, 20:48 Sabah mərkəzi prospektdə hərəkət məhdudlaşdırılacaq Dünən, 20:48 Azərbaycan ən həssas vəziyyətdə olan ölkələri dəstəkləyir Dünən, 19:48 Azərbaycanda 360 mindən çox təhsilalan ikinci və ya üçüncü növbədə oxuyur - Statistika Dünən, 19:48 Özəl investisiyalar Azərbaycan iqtisadiyyatının artımını sürətləndirəcək Dünən, 19:48 "DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub Dünən, 19:48 Nərmin Mirzəyeva: ƏMAS əmək qanunvericiliyinin pozulmasının qarşısını əvvəlcədən alır Dünən, 19:48 Futbolçu karyerasını başa vurub, heyvandarlıqla məşğul olmağa başladı Dünən, 18:48 Xankəndi stadionunda tarixə düşən ilk çempionat qolu vuruldu Dünən, 18:48 61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial BU TARİXDƏ BAŞLAYIR Dünən, 18:48 Azərbaycan Türkiyəyə 2 milyard dollarlıq qaz ixrac edib Dünən, 18:48 Azərbaycan 3 ölkədən düyü tədarükünü bərpa edib Dünən, 18:48 Azərbaycan cüdoçusu Məhəmməd Musayev gənclər arasında dünya çempionatında bürünc medal qazanıb Dünən, 18:48 FHN: Badamdarda sürüşmə prosesi hazırda aktiv fazadadır Dünən, 18:48 Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb Dünən, 18:48 Küləklə bağlı narıncı XƏBƏRDARLIQ! Dünən, 17:48 Məleykə Abbaszadə BDU-da kollektivə təqdim olunub Dünən, 17:48 PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib Dünən, 17:48 Açıq kanalizasiya quyusunun qapağı niyə yoxa çıxıb? - RƏSMİ AÇIQLAMA Dünən, 17:48 Prezident İlham Əliyev Vyetnama rəsmi səfər edib Dünən, 17:48 "Baksol"da gəncin kanalizasiyaya düşərək ölməsində təqsirləndirilən sahə rəisinə 3 il müddətə cəza verilib Dünən, 17:48 "HERMES" adlı bank olmayan kredit təşkilatı"na lisenziya verilib Dünən, 17:48 10 ay ərzində narkotiklə bağlı neçə nəfər TUTULUB? - RƏSMİ Dünən, 17:48 Məşhur aktrisa şəkillərini sataraq evinin borcunu ödədi Dünən, 17:48 Ramin Rzayev: İcbari tibbi sığorta xidmətlərinin keyfiyyəti və əlçatanlığı artırılır Dünən, 17:48 Qərbi Azərbaycanın Dərə kəndi: 1980-ci illərdə azərbaycanlılar qovuldu, adı dəyişdirildi Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR