19-12-2024, 16:26 503

Tovuzda məktəbdəki tüstülənmədən zəhərlənənlərin sayı 71-ə çatıb - YENİLƏNİB-5

Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbindəki tüstülənmədən zəhərlənənlərin sayı 71-ə çatıb.

"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edən 71 nəfərdən 6-sı müəllim və laborant, digərləri isə məktəblilərdir.

Zərərçəkənlərdən 6-nəfərinin vəziyyəti kafi və orta-ağır qiymətləndirilib. Digərlərinin vəziyyəti isə kafi və normal olub.

Tovuz Rayon Mərkəzi Xəstəxanasında müalicə alan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hazırda xəstəxanasında 2 nəfərin müalicəsi davam etdirilir.

Faktla bağlı Tovuz rayon Porokurorluğu tərəfindən araşdırma aparılır.

15:23

Tovuzda şagirdlərin tüstüdən zəhərlənməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

"AVESTA.AZ"a Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata əsasən, Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması səbəbindən tüstülünmə nəticəsində 62 nəfərin xəstəxanaya yerləşdirilməsi faktı üzrə Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

Xəstəxanaya müraciət edən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, səhhətləri normaldır.

14:36

Tovuzda məktəbdəki tüstülənməyə görə 60 nəfər xəstəxanaya çatdırılıb.

Bu barədə "AVESTA.AZ"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Son məlumata görə, 60 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib. Hazırda onların hər birinə zəruri tibbi xidmətlər göstərilir, vəziyyətləri stabildir. Artıq 27 nəfər ambulator müalicə üçün evə buraxılıb.

13:47

Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında dəm qazından kütləvi zəhərlənmə şübhəsilə 55 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə "AVESTA.AZ"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, zərərçəkənlər Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya, Cərrahiyyə və Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilir.

11:57

Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobadakı tıxanma səbəbindən yaranan tüstülənmədə 20 nəfərə yaxın şagird özünü pis hiss edib.

Bu barədə “AVESTA.AZ”un sorğusuna cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində tüstülənmənin genişlənməsinin qarşısı alınıb:

"Şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə köçürülüblər. Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları hadisə yerindədir. Tüstülənmə nəticəsində 20 nəfərə yaxın şagird özünü pis hiss edib və təcili tibbi yardıma müraciət olunub. Onların səhhəti diqqət mərkəzində saxlanılır".

İdarədən bildirilib ki, hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

"Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür", - deyə vurğulanıb.

11:39

Tovuz rayonu Aşağı Quşçu kənd orta məktəbində 15-dən çox şagird zəhərlənib.

"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, zərərçəkənlər Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, şagirdlər sobanın tüstüsündən zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Xəbər lenti

Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub Bu gün, 00:48 Bakı-Ankara birliyi Parisin siyasi şousuna fürsət vermədi Dünən, 23:48 Ayxan Hacızadə: Jan Noel Baronun Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik Dünən, 23:48 Mingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb Dünən, 23:48 Qız qaçırmaq istəyərkən dava düşdü - 4 yaralı var Dünən, 23:48 Sarkozi şərti azadlığa buraxıldı Dünən, 23:48 Fatimə Fətəliyeva: "Hər şey öz vaxtında bir nemət imiş" Dünən, 23:48 Xərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazandı Dünən, 23:48 Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışıb Dünən, 22:48 Tramp İranla razılaşma ehtimallarından danışıb Dünən, 22:48 Avropadan etiraf: Oyunun qaydalarını Bakı müəyyən edir Dünən, 22:48 Azərbaycanla Çex arasında nəqliyyat və şəhər mobilliyi üzrə Anlaşma Memorandumu imzalanıb Dünən, 22:48 Fəhlə yoldaşını öldürüb hissələrə böldü, qalıqlarını gölə atdı - Bakıdakı qanlı cinayətin şok TƏFƏRRÜATI Dünən, 21:48 Şəhid atası vəfat etdi Dünən, 21:48 Baş Prokurorluqdan təkzib: Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəməyib Dünən, 21:48 Bakıda "Baxmut qumbaraatanı"na hökm oxundu - ŞOK TƏFƏRRÜAT Dünən, 21:48 "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda konfrans keçirilib Dünən, 20:48 Bakıda məşhur restoranda biabırçı mənzərə: Fəaliyyəti dayandırıldı Dünən, 20:48 Ayşən Mehdiyeva: "Buna baxanda ustadlarımdan utanıram" Dünən, 20:48 Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub Dünən, 20:48 ETX uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı sosial videoçarx hazırlayıb Dünən, 19:48 Azercell-in eksklüziv tərəfdaşlığı ilə "Bakı Marafonu 2026" uğurla baş tutdu Dünən, 19:48 Azərbaycanda bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək Dünən, 19:48 Novxanıda 22 yaşlı gənc qətlə yetirildi - Şübhəli şəxs saxlanıldı Dünən, 19:48 Bakıda yeni dairəvi yollar tıxaclara son qoyacaq? Dünən, 19:48 Sürücülərin bal limiti artırıla bilər? Dünən, 18:48 Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əməkdaşlıq genişlənir Dünən, 18:48 DİN-dən atası və əmisindən şikayət edən 22 yaşlı Nərminlə bağlı AÇIQLAMA Dünən, 18:48 Bakı-Quba-Rusiya sərhədi ödənişli yolu ilə bağlı AÇIQLAMA Dünən, 18:48 İcra məmurlarının tələbi borclunun sərvətinə yönəltməsi haqda dəyişiklik təsdiqlənib Dünən, 17:48 Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar, cərimə və cəzalar təsdiqlənib Dünən, 17:48 Atasını öldürməkdə təqsirləndirilən gəncə ittiham elan olunub Dünən, 17:48 Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronun Ermənistandan quru sərhədini keçməsinə icazə vermədi Dünən, 17:48 Alimlər piylənmə ilə mübarizə üçün yeni hədəf aşkar edib Dünən, 17:48 Partlayış nəticəsində ölən həkim dəfn olundu: Mərasimdən GÖRÜNTÜLƏR Dünən, 17:48 İqtisadiyyat Nazirliyinin əməkdaşlarına medallar təqdim edilib Dünən, 17:48 Azərbaycanda vətəndaşlar maaş bankını sərbəst seçə biləcəklər Dünən, 16:48 Hörmüzdə fransız gəmisinə hücum: yaralılar var Dünən, 16:48 Azərbaycanda qaz yanacağı ilə işləyən qurğuların təhlükəsizliyinə dair yeni Texniki Reqlament təsdiq edilib Dünən, 16:48 "Aston Villa" Ferran Torresin transferi üzərində işləyir Dünən, 16:48 Vüsal Nəsirli generalın oğlunu İŞDƏN ÇIXARDI Dünən, 16:48 "Araşdırın!" filmi 48 il sonra dövlət fondunun arxivinə daxil edildi Dünən, 16:48 Psixoterapevt: "Həkim pasiyentə qarşı deyil, onun yanındadır" Dünən, 16:48 Prezident Efiopiya ilə sazişi təsdiqlədi Dünən, 16:48 İnzibati xəta törətmiş sürücülər haqqında qərarın surəti avtomobilin ön şüşəsinə qoyulmayacaq Dünən, 16:48 Siyavuş Novruzov: Bakıda "Montin", "Vorovski", "Razin" kimi yer adları yoxdur Dünən, 15:48 Paytaxtda yolun ortasında gəzən at sıxlığa səbəb oldu Dünən, 15:48 Avropa Şahmat Birliyinin prezidenti "Baku Open 2026"nın təşkilatçılığını yüksək qiymətləndirib Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR