
Böyük Britaniya hökuməti Aktau yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycan hakimiyyəti ilə təmasdadır.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğramasını dərin kədər hissi ilə eşitdim. Düşüncələrim bu hadisə nəticəsində zərər çəkmiş bütün insanlar və onların yaxınları ilədir. Böyük Britaniya hökuməti yerli hakimiyyət orqanları ilə əlaqə saxlayır", - diplomatın paylaşımında bildirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.